• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Ofis şəraitində işləyənləri hansı xəstəliklər gözləyir?

  • Maraqlı
  • 2 Oktyabr 2014 17:14
  • 941 Baxış
Ofis şəraitində işləyənləri hansı xəstəliklər gözləyir?

Gün ərzində uzun müddət kompüter qarşısında oturmaq, havasız ofislərdəki isitmə və soyutma sistemləri və hərəkətsizlik xroniki xəstəliklərə səbəb olur. Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, rahat iş şəraiti kimi görünən ofislərdə işləyənlər böyük risk altındadır.

Ofisdə işləyənlərdə bel, boyun, əzələ xəstəlikləri, tromblaşma, göz xəstəlikləri, qan dövranı xəstəlikləri, psixososial problemlər və ağciyər xəstəlikləri kimi insan həyatına mənfi təsir edən xəstəliklər müşahidə edilir.

İlk vaxtlar ağrıkəsicilərlərlə müalicə edilən bu xəstəliklər xroniki xəstəliklərin xəbərçisi ola bilər. Ağrılara qarşı ən yaxşı müalicə düzgün oturma, mütəmadi idman hərəkətləri etməlidirlər.

Bel ağrıları

Uzun müddət oturmaq və hərəkətsiz qalmaq bel əzələlərini zəiflədir, ön və arxa nahiyələrdəki əzələlərin gücünü zəiflədir. Nəticədə, insanlar onurğa əyriliyi, bel düzləşməsi, kirəclənmə, əzələ gərilmələri, bel və boyun "qrijası" kimi xəstəliklərdən şikayətlənirlər.

Ekran xəstəliyi

Son illərin ekran xəstəliyi olaraq adlandırılan (Repetitive Strain İnjury) kompüterlə işləyənlərdə müşahidə edilir. Onlar qol, boyun və kürək ağrılarından əziyyət çəkirlər.

Bunun üçün də oturarkən bel stola toxunmalı və bel əzələlrini qoruyacaq yasdıqdan sitifadə edilməlidir. Oturarkən onurğanın önə və arxaya əyilməsi və ya yanlara bükülməsi yolverilməzdir.

Kompüterin ekranından uzaq oturmaq lazımdır. Monitor gözdən nə çox aşağı, nə də çox yuxarı olmamalıdır. Dizlər 90 dərəcədə olmalıdır, gün ərzində qısa fasilələr verərək əzələləri dincəltmək lazımdır.

Bilək ağrıları

Bilək və dirsək ağrıları da oturaq həyat tərzinin gətirdiyi problemlərdən biridir. Buna elmdə Karpal tunel sindromu deyilir. Oturaq həyat tərzi keçirənlərdə bilək kanallarının xəstəliyi, karpal tunelin qalınlaşması ilə sinirlərin sıxlaşması müşahidə edilir. Ona görə də biləklərin barmaqlardan yuxarıda olması tövsiyə edilir. İşləyərkən biləkləriniz bükülü olmamalıdır. Mousla klaviaturanın eyni hündürlükdə olmasına diqqət edilməlidir.

Göz problemləri

Kompüter qarşısında oturanlar başlarını və gözlərini uzun müddət hərəkət etdirmədiklərinə görə, göz quruluğu, hərflərin bulanıqlaşması, baş ağrıları və s. problemlərlə qaşılaşırlar. Ona görə də arada bir neçə saniyə fasilə verib, bir nöqtəyə baxmaq lazımdır. Əllərinizlə gözünüzü bağlayın, bir müddət qaranlıqda olmaq gözə yaxşı təsir edəcək. Tez-tez göz qırpanda gözlər gözyaşı ilə islanır və quru qalmır.

Hər saatda bir dəfə 10-15 dəqiqə istirahət etmək, gəzmək tövsiyə edilir. Açıq pəncərə və ya kondinsioner havası birbaşa işçinin üstünə gəlməməlidir. Otaqda insanların sayı temperatura təsir edir. Bu məsələ də diqqətdə saxlanmalı, rütubət 40-65%-i keçməməlidir. İşıqlandırma nə çox, nə də az olmamalıdır. Ona görə də stollarda lampalardan istifadə edilməlidir.

Uzun müddət telefon danışıqları zamanı qulaqcıqlardan istifadə etmək tövsiyə edilir.

Iş yerlərində ideal temperatur 21-22 dərəcədir, 20 dərəcədən aşağı, 26-dan yuxarı olmamalıdır.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR