Drakulanın yeraltı tuneli tapılıb – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Drakulanın yeraltı tuneli tapılıb – FOTOLAR

Türkiyənin Tokat qalası yaxınlığında dolanbac labirintli sirli yeraltı tunel aşkar edilib.

XV əsrdə qraf Drakula kimi tanınan Vlad Tsepeşin burada dustaq kimi saxlanıldığı hesab olunur.

Yerin altında bir sıra sirli tunellər aşkar edilib. Dağılmış istehkama aparan yeraltı tunel Tokat şəhər meydanında aparılan restavrasiya işləri zamanı aşkar edilib.

Arxeoloq İbrahim Çetin deyib: "Drakula burada olub. Hansı kamerada saxlanması dəqiq məlum olmasa da, onun burada olduğu şübhə doğurmur".

Şəhər XII əsrdə səlcuq türkləri tərəfindən zəbt olunaraq, 1332-ci ildə Osmanlı imperiyasının bir hissəsinə çevrilib.

Vlad Tsepeş daha çox Valaxiyanın şahzadəsi III Vlad kimi tanınır. O, 1431-ci ildə doğulub. Onun atası II Vlad xristian "Əjdaha Ordeni"nin hərbi üzvünə çevrildikdən sonra Drakula soyadını qazanıb.

III Vlad Drakula qardaşı ilə birgə əsir götürülüb. Tədqiqatçıların ehtimalına görə, elə o vaxtları qardaşlar əsir kimi Tokat qalasının yeraltı tunelində saxlanılıblar.

Valaxiya knyazı III Vlad 1462-ci ildə Osmanlı qoşunlarını qovmaq üçün rumın şəhəri Tırqoviştdə 20 min insanın bədənini parçalayıb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm