Çılpaq qadın kilsəyə daxil olacaq
Bizi izləyin

Bilgi.az

Çılpaq qadın kilsəyə daxil olacaq

Britaniyalı 41 yaşlı aktrisa Lena Hedi "Taxt oyunları" serialının 5-ci mövsümünün çəkilişlərində ağır bir epizodu canlandıracaq: kraliça Sersey Lannister rolunu ifa edən aktrisa tamamilə çılpaq formada kilsəyə daxil olmalıdır.

Filmin epizodunun çəkilişi Xorvatiyanın Dubrovnik şəhərində baş tutmalıdır. Şəhər kilsəsinin keşişləri aktrisanın müqəddəs yerə çılpaq daxil olacağından xəbər tutduqda isə heyrətləniblər.

Xarici mətbuatın verdiyi məlumata görə, serialın əməkdaşları bu epizodun baş tutması üçün 200 cangüdən təyin edib və təhlükəsizliyin təmin olunmasına 200 min dollar xərcləyiblər.

Filmin ssenarisinə görə, kraliça günahlarının yuyulması üçün Dubrovnikin küçələrində çılpaq gəzib katolik kilsəsinə daxil olmalıdır.

Lenanı təzyiqlərdən qorumaq üçün 4 gün ərzində cangüdənlər onun xidmətində olub. Bundan əlavə kino çəkilişləri üçün şəhərin bir sıra mağazaları bağlanıb və ticarət dayandırılıb. Buna görə də film çəkən qrup ticarətçilərə kompensasiya kimi 200 min dollar ödəməli olub. Çılpaq aktrisanı isə işçi qrupunun yalnız 4 üzvü görə bilib. İşçilər informasiyanın yayımlanmaması üçün sənədə imza da atıblar.

Qeyd edək ki, "Taxt oyunları" filmi gərgin süjet, dəbdəbəli geyimləri və döyüş səhnələri ilə məşhurdur. Lakin tənqidçilərin bildirdiyinə görə, serialda aktrisa və pornoaktrisaların oynadığı erotik səhnələrə daha çox yer verilib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm