Bu ölkə də eynicinslilərin evliliyinə icazə verdi
Bizi izləyin

Bilgi.az

Bu ölkə də eynicinslilərin evliliyinə icazə verdi

2016-cı il yanvarın 1-dən Estoniyada eyni cinsdən olan cütlüklərin evliliyinə icazə verən qanun qüvvəyə minəcək.

Publika.az xəbər verir ki, parlamenti nikahda olmayan cütlüklərin (bu eyni cinslilərə də aiddir ) öz münasibətlərini rəsmiləşdirməsinə imkan verən birgə yaşayış haqqında qanunu dəstəkləyib.

Parlamentdə bildiriblər ki, qanunun məqsədlərindən biri nikahsız ailələrdə tərbiyə olunan uşaqların hüquqlarının müdafiəsidir. Qanun birgə yaşayış, qeydiyyata alınmış cütlüklərin hüquq və vəzifələri, birgə yaşayışa son qoyulması üçün əsaslar haqqında müqavilə bağlanması qaydasını tənzimləyəcəkdir. Müqavilə notariusla təsdiqlənəcək və registrə daxil ediləcəkdir. Sənəd cütlüklərin əmlak və miras məsələlərini həll etməsinə imkan verəcəkdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm