• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Gündəlik həyatımızda bizi əsəbiləşdirən hadisələr

  • Maraqlı
  • 6 Fevral 2014 18:32
  • 491 Baxış
Gündəlik həyatımızda bizi əsəbiləşdirən hadisələr

Evdə, küçədə, yolda, hər yerdə... Bizi əsəbiləşdirən o qədər insan tipi və davranış növü var ki...

1. Evlilik ya da sünnət kimi tədbirlərin bizə aidiyyəti olmasa da, avtomobillərinin siqnal düymələrini sıxaraq səs-küy yaradanlar.

2. Şosedə arxanızdan təcili bir hadisə olduğunu bildirən siqnallar verən, amma yolu keçərkən ani bir manevr ilə sükanı sağa qıraraq dönənlər.

3. Avtomobil istifadə etməyin ən önəmli qaydalarından birinin siqnal olduğunu zənn edənlər.

4. Hər yerə gecikənlər. Üstəlik bu gecikmələri vecinə almayanlar.

5. Bunun tam əksinə çağırıldığı saatdan 20 dəqiqə əvvəl gələnlər.

6. Uşaq böyütmək haqqında həmişə bir addım öndə olanlar. Düşünün, uşaqları sizin övladınızdan sadəcə bir neçə ay böyük olsa da, mütəfəkkirə bənzəyir.

7. Siz hələ liftdən ya da metrodan düşməmiş böyük mübarizə verərək içəri girməyə çalışanlar.

8. Yol vermək nəzakətini göstərməyənlərlə, yol verəndə təşəkkür etməyi bilməyənlər.

9. Yolda toqquşduqdan sonra üzr istəməyənlər. Üzr istəməyi bir qırağa qoyaq, haqsız olduğu halda üstə çıxıb, “Ehtiyatlı ol da” deyənlər.

10. “Həmişə ağlımdasan, zəng edə bilmədim” və ya “Ay sizə çox borcluyuq, bir gün yeməyə çağırmaq istəyirik” deyərək bu diləklərini sizi hər görəndə təkrarlayanlar.

11. Tıxacda qarşınızdakı avtomobillə arxanızdakı arasında təhlükəsizlik məsafəsini özünə ayrılmış sahə olaraq qəbul edib sürətlə oraya girərək, üçünüz arasındakı məsafəni sıfıra endirən sürücülər.

12. Marketdə pulu ödəyərkən növbədə gözləməyin ağız-ağıza dayanmaq olduğunu düşünərək boynunuza çıxanlar.

13. Öz musiqi zövqlərini avtomobillərində qoşaraq bütün məhəllə ilə paylaşanlar.

14. Restoran və ya kafenin qarşısından keçərkən “Buyuruuunnn, keçin” deyərək qışqıran ofisiantlar.

15. Mağazada gəzərkən düz yanınızda bitən və müdaxilə etməyə çalışan satıcılar.

16. Küçədə yerə tüpürənlər.

17. Ağzını bağlamadan asqıran və ya öskürənlər.

18. “Korridor” yerinə “kolidor” deyənlər.

19. Bazarlıq üçün çıxandan sonra siyahını evdə unutduğunu anlamaq.

20. Maşınının pəncərəsindən boş şüşə, kağız və s. kimi zibil atanlar.

21. Avtobus və ya metroya minəndə boş yerlərə keçmək yerinə qapı ağzında dayananlar.

22. Qurumaq üzrə olan paltarların üstünə xalça silkələnməsi.

23. Həftə sonu səhər erkən saatlarda zəng edərək “Bağışla narahat edirəm” demək yerinə, “Yəqin ki, narahat etmirəm” deyərək mövzuya girənlər və dünyanın ən mənasız mövzusunu danışanlar.

24. Heç bir məhsula etiket qoymayaraq sual vermək məcburiyyətində qoyan satıcılar.

25. Həmişə kiminsə onun tökdüklərini yığışdıracağını düşünərək öz üstünə düşən məsuliyyəti dərk etməyənlər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR