• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

İşin əsli başqa imiş

  • Maraqlı
  • 6 Fevral 2014 20:58
  • 607 Baxış
İşin əsli başqa imiş

Məşhur dəniz bioloqu Simon Piercenin çəkdiyi bir şəkil köpək balığının nəhəng ağzını açaraq dəniz dalğıcını udmaq üzrə olduğunu göstərsə də, işin əsli o deyil.

Meksikanın cənub-şərqindəki Cancun şəhəri sahillərində yanındakı qrupla birlikdə araşdırma aparan yeni zelandiyalı dəniz bioloqu Simon Piercenin çəkdiyi həmin kadr köpək balığının dalğıcı udmaq üzrə olduğunu göstərir.

Nəsli tükənməkdə olan dəniz canlıları üzərində araşdırma aparan Pierce və qrupu köpək balıqlarının çox olduğu Cancun sahillərində insanlara zərər verməyən balina köpək balığına rast gəlib.

8 metrlik köpək balığının planktonları yemək üçün 1,5 metr genişliyindəki ağızını açaraq dənizin səthindəki qrupun yaxınlığından keçir. Həmin an köpək balığının yanında dayanan dalğıcı köpək balığının ağızının üstündəymiş kimi göstərir.

Məqsədinin əslində köpək balığının böyük ağzını çəkmək istədiyini deyən Pierce bu kadrı təsadüfən tutduğunu deyib.

Köpək balığının ağzında 300-350-yə qədər kiçik diş və planktonları süzməsi üçün 10 dənə də filtr olduğunu ifadə edən Pierce, “Şükürlər olsun ki, digər balınalar kimi kəskin və uzun dişləri yox idi” deyib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR