Bilgi.az
Şeron Stoun Polad Ələmdarın ailəsində dava saldı
"Kurtlar Vadisi Pusi" serialının baş qəhrəmanı Necati Şaşmazın 8 il əvvəl tərəf müqabili olduğu məşhur Hollivud aktrisası Şeron Stounla yenidən işləmək planı aktyorun həyat yoldaşının qısqanclığına səbəb olub.
Axar.az xəbər verir ki, serialın yeni seriyalarında yenidən çəkilən aktyor Endi Qarsiyadan sonra Şeron Stounun da Türkiyəyə dəvət olunduğu, lakin bu layihənin qısqanclıq səbəbindən baş tutmadığı bildirilib.
Şaşmazın həyat yoldaşı Nagehan Kaşıkçının bu qısqanclığının səbəbi isə 8 il əvvəl Poladla Şeron Stounun filmdəki öpüşmə səhnələri olub. Xanımı, Şeron Stounun Türkiyəyə gəlməməsi üçün ərinə təzyiqlər edib. Hətta qısqanc xanım əvvəlki seriyada aktrisa ilə olan öpüşmə səhnələrini də internetdən yığışdırılmasını tələb edib.
Qeyd edək ki, Necati Şaşmaz Stounla öpüşmə səhnəsilə bağlı verdiyi açıqlamasında həmin səhnəni 24 dəfə təkrar etdiklərini demişdi.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!