Yırtıcı eşşək – FOTO
Bizi izləyin

Bilgi.az

Yırtıcı eşşək – FOTO

Kanadanın Qərbi Ontario ştatındakı fermerlərdən birinin təsərrüfatına vəhşi heyvanlar xeyli ziyan vurub.

Canavar, tülkü, çaqqal və digər yırtıcılar fermadakı donuzları, toyuqları, xırda mal-qaranı aramsız parçalayıb yeyir, əkin sahələrini tapdalayırdı.

Fermerin təsərrüfatını qorumaq üçün saxladığı itlər isə vəzifələrinin öhdəsindən gəlməyib. İtlərdən bəziləri qorxaq olub, bəziləri isə canavarlarla boğuşaraq ölüb.

Ancaq qəfildən fermerin bəxti gətirib. Təsərrüfat üçün aldığı eşşəklərdən biri itlərin rolunu öz üzərinə götürüb. Həmcinslərindən aqressivliyi ilə fərqlənən eşşək bir həftədə 3 çaqqalı öldürüb. Hətta canavarları da qorxudub. Onun qorxusundan yırtıcılar fermaya yaxın düşə bilmir.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm