113 yaşlı qadın “Facebook” üçün 15 yaş cavanlaşdı – FOTOLAR
Bizi izləyin

Bilgi.az

113 yaşlı qadın “Facebook” üçün 15 yaş cavanlaşdı – FOTOLAR

"Facebook" sosial şəbəkəsində qeydiyyat proseduru 113 yaşlı qadını məyus edib.

O, öz yaşına görə, sosial şəbəkədə qeydiyyatdan keçə bilməyib. Lakin qadın təslim olmayaraq, özünü 15 yaş cavan göstərməli olub.

Bir neçə gün bundan qabaq 114-cü ad gününü qeyd edən ABŞ sakini Anna Stoer "Facebook" sosial şəbəkəsində qeydiyyatdan keçməyə çalışıb. Lakin sosial şəbəkənin yaradıcısı Mark Zükerberq, görünür, nə vaxtsa belə bir yaşlı insanın "Facebook"a qoşula bilmə ehtimalını nəzərə almayıb. İş ondadır ki, qeydiyyatdan keçmək üçün doğum ili 1905-ci ildən başlayır. Anna isə 1900-cü ildə doğulub. Nəticədə, qadın yaşını saxta yazaraq özünü 99 yaşında göstərməli olub.

Qadın texnologiya ilə maraqlanmağa 85 yaşlı oğlu smartfon aldıqdan sonra başlayıb. Müasir dövrün telefonu satan Cozef Ramirez ilə dostluq edən Anna ondan internet və müasir avadanlıqlardan istifadə qaydalarını öyrənib.

İndi isə qadın dostları ilə poçt yolu ilə yox, məhz "Facebook" vasitəsilə ünsiyyət qurur.

113 yaşlı qadın qeydiyyatdan keçərkən yaranmış problem haqda sosial şəbəkə əməkdaşlarına xəbər verib.

Qeyd edək ki, "Facebook" sosial şəbəkəsində qeydiyyatdan keçmiş ən yaşlı istifadəçi Kaliforniya ştatından olan Florens Detlor olub. O, 2 il bundan qabaq 101 yaşında ikən qeydiyyatdan keçib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm