Zooparka gələnlər şoka düşdü – FOTOLAR, VİDEO
Bizi izləyin

Bilgi.az

Zooparka gələnlər şoka düşdü – FOTOLAR, VİDEO

Polşada zooparka gələn ailələr gördüklərindən heyrətləniblər.

Belə ki, Qdansk şəhər zooparkının 60-cı ildönümü münasibətilə heyvanxanaya Arko və Berqi adlı iki şir gətirilib. Erkək şir Arko zooparka gələn uşaqlı ailələrin gözü qarşısındaca dişi şir Berqinin boğazından yapışaraq onu boğmağa başlayıb. Tamaşaçılar əvvəlcə Arkonun Berqi ilə oynadığını düşünüblər. Sonradan isə erkək şirin öz ərazisini dişi şirlə bölə bilmədiyi üçün boğub öldürdüyü məlum olub.

Hadisə şahidlərindən biri deyib: "Mənim qızım ağlamağa başladı və biz dişi şirin qan içində olduğunu gördük".

Zoopark rəhbərliyi baş verən hadisəni faciəvi adlandırıb. Rəhbərlik həmçinin buna şahidlik edən ailələrdən üzr də istəyib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm