• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

İlin ən bəxtsiz cinayətkarı – FOTOLAR

  • Maraqlı
  • 17 Oktyabr 2014 10:09
  • 583 Baxış
İlin ən bəxtsiz cinayətkarı – FOTOLAR

Britaniyalı Təbriz Hüseyni bu ilin ən bəxtsiz cinayətkarı hesab etmək olar.

34 yaşlı Təbriz narkotik alveri ilə məşğul olur. Polis bir neçə ay qabaq onun izinə düşüb və o vaxtdan izləməyə başlayıb. Əsas məsələ narkotaciri elə cinayət başında yaxalamaq olub. Uzun zaman izlədikdən sonra polisin əlinə nəhayət belə bir şans düşüb. Təbriz Hüseyni avtomobilinə narkotik dolu paket qoyarkən polis maşını onu təqib etməyə başlayıb. Hüseyni sürəti artıraraq təqibdən yaxa qurtarmağa çalışıb. Buna nail olmayanda narkotik dolu paketi avtomobilindən atmaq qərarına gəlib. Məsələ burasındadır ki, həmin zaman həyəcandan Təbriz maşının şüşəsini endirməyi unudub. Narkotiki çölə atmaq istəyəndə paket maşının şüşəsinə dəyərək avtomobilin salonuna dağılıb.

Nə az, nə çox, düz bir kiloqram təmiz heroin maşının oturacaqlarını ağ rəngə bürüyüb. Bu isə polisin işini asanlaşdırıb. Axı dəlil-sübut göz qarşısındadır. Salona səpələnmiş narkotikin qara bazarda qiyməti isə təxminən 25 min avrodur.

İlqar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR