• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Milyon ildə bir dəfə

  • Maraqlı
  • 17 Oktyabr 2014 11:06
  • 477 Baxış
Milyon ildə bir dəfə

Bu bazar günü Marsda milyon ildə bir dəfə görünən hadisə baş verəcək. Publika.az-ın məlumatına görə, bu barədə NASA açıqlama yayıb. Məlumatda bildirilib ki, bu bazar günü quyruqlu ulduz Marsın 140 km yaxınlığından, saatda 202 min 767 km sürətlə keçəcək.

Milyon ildə bir dəfə görülən bu hadisəni hazırda Mars orbitində olan kosmik vasitələrlə izləmək mümkün olacaq.

İki gün əvvəl NASA Maven kosmik gəmisinin çəkdiyi şəkilləri əldə edib. Təxminən on ay davam edən 711 km-lik səfərin ardından sentyabrın 21-də kosmik robot Mars orbitinə girib. Günəşdən ayrılan hissələrin Marsda fırtınaya səbəb olması barədə şəkillər çəkib.

Qeyd edək ki, NASA ilə yanaşı Avropa Kosmik Agentliyi (ESA), Rusiya və Hindistan Kosmos Agentliyinin də Mars orbitində kosmik vasitələri var.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR