• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Arıqlamağın ən asan yolu tapıldı

  • Maraqlı
  • 17 Oktyabr 2014 11:43
  • 7 857 Baxış
Arıqlamağın ən asan yolu tapıldı

Arıqlamaq istəyisinizsə, kartof yeyin! Qərb tədqiqatçıları bu qənaətə gəliblər. Publika.az "Komsomolskaya pravda"ya istinadən xəbər verir ki, 90 nəfər üzərində aparılan təcrübə zamanı məlum olub ki, könüllülər pəhrizin növündən asılı olaraq 3 qrupa bölünüblər. Onlar kartofdan düzgün şəkildə və həftədə 5-7 dəfə istifadə ediblər. Eksperiment 12 həftə davam edib və nəticədə bütün xanımlar arıqlayıblar.

Amerikalılar sübut ediblər ki, kartof çəkini qətiyyən artırmır. Amma kartofu sağlam qidalanma prinsipləri ilə düzgün hazırlamaq lazımdır. Yalnız o zaman bu bitki çəkinin azalmasına kömək edə bilər.

Qeyd edək ki, orta ölçülü bir kartofun tərkibində 110 Kkal var. Bundan əlavə kartofda gün ərzində lazım olan C vitaminin yarısı topalanıb.

Ən əsas məsələ kartofu necə hazırlamaqdır. Kartofu necə bişirək ki, arıqlayaq? Dietoloqlar hesab edirlər ki, gün ərzində kartof monodietasına başlamaq lazımdır. Kartofun tərkibinfə ədviyyatlar və yağlar var. Bu bitkini qaynadaraq istifadə etmək daha yaxşıdır. Səhər 1 stəkan süd və azca yağ vurulmuş bişmiş kartof yemək olar.

Günorta yeməyinə süd və yağ qatılmayan təxminən 250 qram kartof püresi ola bilər.

Şam yeməyinə isə bişmiş kartof salatı, yumurta, bitki yağı və limon sıxaraq yemək olar. Bu salata zövqə görə istiot da vurmaq olar.

Lakin bütün dietaları su ilə balanslaşdırmaq lazımdır. Gün ərzində ən azı 2 litr su qəbul etmək lazımdır. Əks halda güclü piylənmə gedə bilər. Sudan əlavə şəkərsiz bitki çayları da içmək olar. Lakin bilmək lazımdır ki, monodietaya 5 gündən artıq oturmaq olmaz.

Gülnar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR