Parisdə seksual oyuncağa heykəl qoyuldu - FOTO
Bizi izləyin

Bilgi.az

Parisdə seksual oyuncağa heykəl qoyuldu - FOTO

Parisin mərkəzində hava ilə doldurulan rezin heykəl qalmaqala səbə olub.

Publika.az "Le Monde" qəzetinə istinadən xəbər verir ki, 24 metr hündürlüyü olan heykəl Paris sakinlərini hiddətləndirib.

İnsanlar amerikalı rəssam Pol Makkartinin hazırladığı "Ağac" adlı heykəli seksual oyuncaq adlandırıblar. Heykəl 23-26 oktyabr tarixlərində keçiriləcək incəsənət yarmarkaları proqramı çərçivəsində hazırlanıb.

Müəllifin özü iddia edir ki, bu abstrak əsərdi və təhqiredici heç nə yoxdur.

Ancaq fransızlar artıq Makkartiyə hücum etməyə başlayıblar. Heykəlin montajı zamanı küçədə naməlum şəxslər onu üç dəfə vurub. İnsanlar bildirir ki, o, fransız deyil və buna görə Parisin mərkəzində bu cür işləri nümayiş etdirmək hüquqlarına malik deyil.

Yarmarkasının direktoru Cennifer Fley bildirib ki, rəssama hücum edən şəxslər bütün ölkənin baxışlarını ifadə etmir.

Qeyd edək ki, 69 yaşlı Pol Makkarti özünün qalmaqallı performansiyaları ilə məşhurdur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm