Kişiləri əzən qadın – FOTOLAR, VİDEO
Bizi izləyin

Bilgi.az

Kişiləri əzən qadın – FOTOLAR, VİDEO

Braziliyalı model məktəbdə "zürafə" adı verildiyi üçün təhsilini atmalı olub. Daim təhqirlərə məruz qalan qız indi isə nəinki vətənində, hətta xaricdə də məşhurlaşıb. O, sözün əsl mənasında pulla kişiləri əzməklə məşğuldur.

Cənubi Amerika sakinin boyu 2,03 metr təşkil edir. O, insanlarla güləşmək və əzməklə özünə qazanc əldə edir. Çəkisi 90 kilo olan Sintiya o qədər məşhurdur ki, xaricə gedərək dünyanın hər yerində olan pərəstişkarları ilə bir-bir görüşür.

30 yaşlı Sintiya deyir: "Bəzi kişilər elə bir şey istəyir ki, onu digər qadınlar ya edə bilmir, ya da ki etməyə qorxur. Mən isə kifayət qədər cəsarətliyəm. Çoxsaylı müştərilərim var ki, mənə pul verib, bellərinin üstündə güləşməyimi istəyirlər".

Qadının dediyinə görə, yeni işi onun həyatını büsbütün dəyişib və dolanışığını təmin edə bilir.

Sintiya kənddə böyüyüb və boyunun hündürlüyünə görə həmişə narahat olub. Şagirdlər ona Zürafə adı qoyduğu üçün 15 yaşında məktəbi atıb.

Nəhəng qadın deyib: "Mən daim depressiyadan əziyyət çəkərdim və özüm özümü bəyənməzdim. Basketbolla məşğul olduqdan sonra həyatımın mənası dəyişdi, lakin dizdən aldığım zədə mənə idmanı davam etdirməyə qoymadı və bununla da basketbolla vidalaşmalı oldum".

Onun müalicə üsulundan istifadə edən kişilər Sintiyaya 1 saata görə 300 dollar ödəməyə hazırdır. Sintiya hər hansı bir seksual xarakterli xidmət göstərmədiyini iddia edir.

Qadının sözlərinə görə, o hətta bir dəfəyə 10 min dollar da qazanıb.

Sintiya: "Bu, masaja bənzəyir. Onun sayəsində mən, demək olar, bütün dünyanı səyahət etmişəm. Müştərilərim məni daim Yaponiya, Nyu-York və Londona dəvət edirlər".

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm