• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Obama restoranda hesabı ödəyə bilmədi

  • Maraqlı
  • 18 Oktyabr 2014 11:46
  • 624 Baxış
Obama restoranda hesabı ödəyə bilmədi

Restoranda kredit kartı limitiniz azalarsa, üzülməyin. ABŞ prezidenti Barak Obama belə hesabı ödəməyə kredit kartının limiti çatmadığından xanımının kartından istifadə edib.

Publika.az "haberler.com"a istinadən xəbər verir ki, ABŞ prezidenti Barak Obama Nyu York restoranlarından birində hesabı ödəyə bilmədiyindən, az qala, qabları yumaq məcburiyyətində qalıb. Obama hesabı ödəyən zaman kredit kartından istifadə edib. Lakin bədbəxtlikdən, kredit kartının limiti hesabı ödəmək üçün yetərli olmayıb. Nəticədə, ABŞ prezidenti xanımı Mişel Obamanın kredit kartından istifadə edərək vəziyyətdən çıxa bilib.

Obama dünən İstehlakçının Maddi Hüququnun Qoruma Dərnəyinin konfransında danışan zaman bu barədə qeyd edib: "BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) toplantısı davam edən zaman Nyu-Yorkda bir restorana getdim və kredit kartımın limiti hesabı ödəməyə çatmadı. Məlum oldu ki, kredit kartımdan lazımi qədər istifadə eləmirəm".

Vüsal Tağı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR