Yeməkxana işçisi 10 milyon dollar qazandı – FOTO
Bizi izləyin

Bilgi.az

Yeməkxana işçisi 10 milyon dollar qazandı – FOTO

Harvard Universitetinin yeməkxanasında çalışan işçi 10 milyon dəyərində lotereya udub.

Yerli mətbuatın verdiyi məlumata görə, Ana Rodriqes bu pula məzuniyyətə çıxmaq, yeni ev almaq və qohumlarına yardım etmək niyyətindədir.

Əslən Salvadordan olan Rodriqes artıq 30 ildir ki, Harvard Universitetinin yeməkxanasında çalışıb. O, yerli marketlərin birindən 20 dollara "Diamond Millionaire" xoşbəxt biletini alıb. Qalib gələn qadın uduşu bütöv hissədə götürməyə qərar verib. Ona görə də Rodriqez vergi çıxıldıqdan sonra lotereyadan 6,5 milyon dollarını əldə edəcək.

Rodriqesin sözlərinə görə, qalib gəlməsinə baxmayaraq, işdən getmək kimi planı yoxdur. Qadın deyib: "Mən burada təqaüdə çıxana qədər – daha 2 il işləmək istəyirəm".

Ana bir neçə il ərzində lotereya biletlərinə 10 min dollardan çox pul xərcləyib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm