95 milyon dollarlıq mənzil – FOTOLAR
Bizi izləyin

Bilgi.az

95 milyon dollarlıq mənzil – FOTOLAR

Bakının mərkəzində tikilən yeni göydələnlərin qiymətlərindən bəzən şikayətlənirik. Həqiqətən, çox bahadır.

Elə mənzillər var ki, qiyməti 800-900 min manata çatır. Bakı üçün fantastik qiymətdir.

Ancaq Nyu-Yorkdakı mənzillərin qiymətlərinə baxanda biz şükürlüyük.

Manhetten – Nyu-Yorkun ən prestijli ərazilərindən biri sayılır.

Bir neçə gün əvvəl yerli qəzetlərdə verilmiş elanlardan birinə baxaq. Manhettenin mərkəzindəki göydələndə, 96-cı mərtəbədə yerləşən çoxotaqlı mənzil satışa çıxarılıb. Mənzilin dizaynı əladır. Otaqlar geniş və işıqlıdır.

Zövqlə bəzədilib. Eyvandan isə Mərkəzi Parka və Atlantik okeanına füsunkar mənzərə açılır.

Qiymətə gəlincə... 95 000 000 dollar. Sakitcə sıfırları hesablayırıq və havalanırıq. 95 milyon dollar.

Bu qiymətə Afrikada kasıb dövləti almaq olar.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm