• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Qladiator döyüşləri yenidən keçiriləcək – FOTO/ VİDEO

  • Maraqlı
  • 21 Oktyabr 2014 10:37
  • 1 537 Baxış
Qladiator döyüşləri yenidən keçiriləcək – FOTO/ VİDEO

Qədim Romada çox məşhur olan qladiator döyüşləri yenidən keçirilə bilər.

Publika.az xəbər verir ki, yarışların təşkilatçısı Avstraliyanın "United Weapon Master" şirkəti olacaq.

Dünyanın ən yaxşı döyüşçüləri soyuq silahla öz məharətlərini göstərə biləcək.

Bu döyüşlər indiki idman növlərinə bənzəməyəcək. Teatr tamaşasına oxşayan reslinqi belə kölgədə qoyacaq.

Qədim Romadakı cəngavərləri təsəvvür edin. Eynən həmin zəmanədəki döyüşlər kimi.

Düzdür, o vaxtdan dünya çox dəyişib, müasirləşib. Ancaq belə döyüşlərə maraq azalmayıb.

"United Weapon Master" şirkətinin nümayəndəsi deyib ki, hazırda dünyada 300-dən çox əlbəyaxa idman növü var:" Onlardan 96-da soyuq silah işlətmə texnikası var. Biz bu döyüş növlərini bir yarışda cəmləşdirmək və federasiya yaratmaq istəyirik".

Məsələnin ən qlobal tərəfi təhlükəsizlik problemidir. Axı keçmişdəki kimi qan tökməyə heç bir dövlət icazə verməz.

Əgər iki döyüşçünü qarşı-qarşıya qoysanız, fərqi yoxdur, qılıncla, yaxud balta ilə, onlardan biri sonda mütləq aldığı zərbədən öləcək.

"United Weapon Master" şirkəti problemi yeni texnologiyaların vasitəsilə həll edəcək.

Şirkətin mühəndisləri iki ildən artıqdır ki, xüsusi döyüşçü geyiminin üstündə çalışırlar. Bu geyimə ad da verilib – "Lorica".

Bu geyimin orta əsrlərdəki ağır zirehlərlə heç bir əlaqəsi yoxdur. "Lorica" yüngül olsa da, kəsici, deşici zərbələrə qarşı çox davamlıdır.

Mühəndislər nanotexnologiyalardan istifadə etməklə buna nail olublar. Zirehli geyim yüngül, lakin bir neçə qatdan ibarət olacaq. Geyimin materialları elədir ki, döyüşçü aldığı zərbəni hiss etməyəcək. Lakin zərbəni xüsusi sensorlar qeydə alacaq. Əgər zərbə "ölümcül"dürsə, döyüşçü uduzmuş sayılacaq. Yox əgər "yara" yüngüldürsə, döyüş davam edəcək.

Zirehli geyimi yarışlar başlamazdan əvvəl xüsusi adamlar testdən keçirəcək. Əlbəttə ki, test keçirənlər də əlbəyaxa döyüş növləri üzrə çempionlardır.

İlqar Atabəyli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR