Kəndir üzərində yatan kişi – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Kəndir üzərində yatan kişi – FOTOLAR

Gecə yatmaq üçün insanların əksəriyyəti rahat çarpayı axtardığı vaxt, 51 yaşlı çinli kəndir üzərində asanlıqla yerini salaraq, yuxuya gedir.

Xançjou şəhərinin parkında kəndir salıb yatan çinlinin adı Lyan Yanqudur. Lyanın ləqəbi "kunq-fu adamdır". O, kəndir üzərində elə rahatlıqla uzanır ki, hətta çox asanlıqla əl və ayaqlarını da tərpədə bilir.

Səhərlər parkda qaçmaqla məşğul olan yerli sakinlər ayaq saxlayaraq, bir kəndir üzərində uzanan kişiyə tamaşa edir və onun şəkillərini çəkirlər.

51 yaşlı çinli kəndir üzərində uzanmağın sirrini jurnalistlərlə bölüşüb. Onun sözlərinə görə, kəndir üzərində uzanma texnikasını kunq-fu ustasından öyrənib.

O deyir: "Əvvəlcə üç kəndir üzərində uzanaraq tarazlığımı nizama salmağa çalışmışam. Bir kəndir üzərində uzanırdım və digər iki kəndirdən yapışırdm ki, yıxılmayım. Bununla belə, tez-tez yıxılardım".

Tədricən çinli bir kəndir üzərinə alışaraq kanatın üstündə uzana bilib. O, 3 il bundan qabaq boğaz xərçəngindən əməliyyat keçirdib. Həkim çinliyə yaxşı dincəlməyəcəyi təqdirdə 6 aydan çox yaşaya bilməyəcəyini deyib. Lyan isə rahatlıq üçün kəndir üzərində uzanmağa üstünlük verib. Maraqlıdır ki, həqiqətən də, kanat üstündə uzanmaq onun səhhətinin bərpa olunmasına yardım edib.

"Kunq-fu adam"ın sözlərinə görə, qüvvəsini və fikrini cəmləşdirə bilən hər kəs bir kəndir üzərində uzana bilər.

O əlavə edib: "Kunq-fu ilə məşğul olmayanlar da kəndir üzərində uzana bilərlər. Əsas odur ki, tarazlığı saxlayıb bədəninizə sahib çıxasınız. Bundan əlavə, sizi narahat edən fikirlər barədə də düşünməyin".

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm