Rəqs edən polis zabiti – FOTOLAR/VİDEO
Bizi izləyin

Bilgi.az

Rəqs edən polis zabiti – FOTOLAR/VİDEO

Meksikanın Tixuana şəhərində yol nizamlayan Xose Ruben Eçeveria sürücü və piyadalara öz rəqsini nümayiş etdirməklə məşhurdur.

Eçeveria pop musiqinin kralı Maykl Ceksonun "Billie Jean" mahnısının klipindən olan rəqsi nümayiş etdirməklə yol hərəkət qaydasını nizama salır. O, rəqs edə-edə əl hərəkəti ilə maşın sürücülərinə və piyadalara yolu keçmək və ya dayanmaq üçün işarə edir.

Eçeverianın sözlərinə görə, o, belə rəqs etməklə tıxacda ilişib qalan avtomobil sürücülərini darıxmağa qoymur. O, Maykl Cekson kimi rəqs edərək sərnişinlərin də stressini aradan qaldırmağa çalışır. Onun fikrincə, rəqs insanların əhvalına yaxşı təsir göstərə bilər.

O deyib: "Yolu keçməyə hazırlaşan və gözləmə anında duran insanları görmüşəm. Rəqsi görəndən sonra onlar yolu hirsli sima ilə yox, gülərək keçirlər".

Lakin Eçeveria ehtiyatı da əldən buraxmalı deyil, çünki onun unikal rəqsi insanların diqqətini yayındıra bilər.

Rəqs edən polis zabiti şəkil çəkdirmək üçün hər gün onlarla insan ona yaxınlaşır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm