Həbsxana kamerasında toy gecəsi - FOTO
Bizi izləyin

Bilgi.az

Həbsxana kamerasında toy gecəsi - FOTO

Səudiyyə Ərəbistanında həbsxana əməkdaşları burada evlənən 30 yaşlı məhbus üçün kameralardan birini bəy otağı kimi bəzəyib.

Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə Əl Ərəbiyyə telekanalı xəbər yayıb. Nikah mərasimi Burayd şəhərinin şimalındakı penitensiar müəssisədə həyata keçirilib.

Həbsxananın əməkdaşı Saleh əl-Karzai bildirib ki, toy-bayram əhvalı yaratmaq üçün kameralardan biri bəzədilib.

Qeyd edək ki, Burayda şəhəri ölkənin mərkəzində, Əl-Qasım vilayətində yerləşir. 2014-cü ilin məlumatına görə, burada 400 min nəfər əhali yaşayır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm