• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Günün 22 saatını yuxuda keçirən qız - FOTOLAR

  • Maraqlı
  • 22 Oktyabr 2014 09:50
  • 840 Baxış
Günün 22 saatını yuxuda keçirən qız - FOTOLAR

Əksər yeniyetmə insanlar mürgüləməyi sevir. Lakin Böyük Britaniyadan olan gənc qız nadir xəstəlikdən əziyyət çəkdiyi üçün sutkanın 22 saatı yatır.

20 yaşlı Bet Qudier daha çox "Yatmış gözəl" sindromu kimi məşhur olan Kleyne-Levina xəstəliyindən əziyyət çəkir. Bu xəstəliyə düçar olan insanlar, demək olar, elə həyatı boyu onun təsiri altında qalır.

Betin 16 yaşı olarkən onda nevroloji pozğunluqlar baş qaldırıb. Nəticədə qız günün 18 saatı yuxuda olur. Hər 5 həftədən bir qızın vəziyyəti daha da pisləşərək günün 21 saatını yuxuda keçirməli olur. Bu zaman ona gecə-gündüz qayğı göstərmək tələb olunur.

Bet hətta yuxudan oyandıqda belə o, özünü yuxuda olan kimi hiss edir. Çünki yuxudan ayılan Bet gerçəkliyi yuxudan fərqləndirə bilmir.

Həkimlərin sözlərinə görə, dünyada 1000 nəfər belə bir nadir xəstəlikdən əziyyət çəkir. Onların 70 faizi kişilərin payına düşür. Xəstəliyin necə yaranması isə indiyədək məlum deyil. Ən pisi isə bu xəstəliyin müalicə üsulu da tapılmayıb.

Bu yaxınlarda Bet öz həyatını bəyan etmək üçün BBC kanalında yayımlanan səhər verilişinə təşrif buyurub.

Gənc qız öz iztirablarını belə təsvir edib: "Mən həyatımın çox hissəsini çarpayıda keçirirəm. Mən yuxuda olan zaman həmyaşıdlarım kollec, universitetdə oxuyur, iş tapır və öz həyatını qurur".

Səhər verilişinə Betlə yanaşı anası da gəlib. O da qızının sözlərinə əlavə edib: "Qızım yuxudan ayıldıqda belə vaxtını ya çarpayıda, ya da divanda keçirir".

Kleyne-Levin sindromuna yoluxmuş xəstələr, adətən, sancılardan əziyyət çəkir. Sancılar baş vermədiyi halda xəstələr normal həyata qayıda bilir. Lakin bu xəstəliyə düçar olan insanlarda depressiya halı inkişaf edə bilər. Qızına qulluq eləmək üçün Betin anası işini tərk etməli olub. Qızı yuxudan ayıldıqda isə bütün ailə vaxtını Betə həsr edir. Ailə üzvləri vaxtını "yatmış gözəl" ilə keçirməyə üstünlük verir.

"Yatmış gözəl" sindromu ümumilikdə Betin həyatını məhv edib. Qız evdən çölə çıxa və təhsil ala bilmir. Xəstəlik çox vaxt yeniyetməlik çağlarında baş qaldıra bilər. Bu xəstəliyə hər hansı güclü bir infeksion xəstəlikdən yoluxma ehtimalı var. Sancılar isə tez baş qaldıra bilər və onun müddəti bir neçə gündən həftəyə qədər uzana bilər. Sancılar vaxtı xəstə əsəbi olur, oriyentasiyasını itirir və onlarda daim aclıq hissi olur.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR