Narkotiklər 2 yaşlı qızı məhv etdi – FOTO
Bizi izləyin

Bilgi.az

Narkotiklər 2 yaşlı qızı məhv etdi – FOTO

İki yaşlı Sofi zəhərlənmə simptomları ilə xəstəxanaya çatdırılıb, lakin o, 1 sutkadan sonra vəfat edib.

Sonradan qızın ölüm səbəbləri məlum olub. 2 yaşlı qız daim üzərində Tom və Cerrinin şəkilləri olan stəkandan su içirmiş. Qızın narkotik maddələr satan valideynləri isə onları həmin stəkanda saxlayırlarmış.

Qızcığazın saçından götürülmüş analiz nəticəsində məlum olub ki, onun bədənində nəinki metadon, hətta heroin və kokain izləri də olub. Zavallı qız özü də bilmədən aylarla bu narkotik maddələrdən istifadə edib və onun orqanizmi zəhərlənib. Hətta Sofinin sevimli gəlinciyinin üzərindən də narkotik maddələr tapılıb.

Qızın valideynləri polisin gəlişinə qədər qadağan olunmuş maddələri gizlətməyə çalışsalar da, hüquq mühafizə orqanları evin arxa həyətindən narkotik vasitələr tapıb.

Qızın ölümündə anası günahını boynuna almasa da, atası hər şeyi etiraf edib. Tədqiqatlar davam edir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm