Rusiyanın yeni yazıçısı – Mayk Tayson
Bizi izləyin

Bilgi.az

Rusiyanın yeni yazıçısı – Mayk Tayson

"Tayson. Amansız həqiqət" adlı kitab artıq rus dilində tərcümə olunacaq. Onun müəllifi isə əfsanəvi boksçu Mayk Taysonun özüdür.

Taysonun kitabı rus dilinə tərcümə olunmaqla yanaşı, idmançının ünvanına Rusiyanın Yazıçılar Birliyinin üzvü olmaq üçün bilet göndəriləcək.

Rus dilli oxucular üçün tərcümə olunacaq kitab atıq dünyada məşhurdur. Bioqrafik xarakter daşıyan kitabın rusdilli versiyası yeni boks mövsümünün əvvəlində təqdim olunacaq.

Bundan əlavə, Tayson yazıçılar təşkilatının üzvü də olacaq. O, artıq, Rusiya Yazıçılar Birliyinin qiyabi üzvü kimi qəbul edilir. Bu qərarın kim tərəfindən verilməsi isə məlum deyil.

Kitabın rus versiyası oktyabrın 27-də nəşr olunacaq. Mayk Tayson özü isə noyabrda Moskvaya təşrif buyuracaq.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm