Sevgilisindən ayrılan qız 1 həftə kafedə qaldı – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Sevgilisindən ayrılan qız 1 həftə kafedə qaldı – FOTOLAR

Çinli qız düz bir həftə "KFC" restoranlar şəbəkəsində yaşayaraq qızardılmış toyuq qanadları ilə qidalanıb.

Qızın verdiyi izahata görə, o, sevgilisindən ayrıldıqdan sonra fikirləşmək üçün vaxta ehtiyac duyub.

Çinin Çendi şəhərindən olan 26 yaşlı Tan Şen fikirləşmək üçün restoranlar şəbəkəsini ən rahat yer bilib.

O, evinin yaxınlığında yerləşən "KFC" restoranlar şəbəkəsinə gedərək 7 gün toyuq qanadları sifariş verib. O hətta xəstə olduğunu bəhanə gətirərək işə də getməyib.

Qız deyib: "Mən özünü bədbəxt hiss edirdim və gəzintiyə çıxmağı qərara aldım. "KFC"nin qarşısından keçərkən oraya daxil oldum. Mənim orada çox qalmaq fikrim yox idi, sadəcə, toyuq qanadları yemək istəyirdim".

Lakin qız yeyən kimi düşünməyə ehtiyac duyduğunu hiss edib. Tan deyib: "Evə qayıtmaq istəmirdim. Xatirələr məni orada yaşamağa qoymurdu, ona görə də restoranda qalmağa qərar verdim".

Bir neçə gündən sonra isə restoran əməkdaşları Tan üçün narahatçılıq keçiriblər. "Fastfood"un 22 yaşlı əməkdaşı deyib: "Biz növbə üzrə işləyirik və restoran 24 saat açıq olur. Ona görə də bu müddət ərzində çox adamla qarşılaşırıq. Əvvəl o qıza heç kim fikir vermirdi, lakin bir neçə gündən sonra onun siması mənə tanış gəldi".

Həqiqətən də, bir neçə gündən sonra oğlan 3 gün ərzində eyni qıza xidmət etdiyini və qızın bu müddət ərzində evinə getmədiyini anlayıb: "Biz qızdan hər şeyin yaxşı olub-olmadığı haqda soruşduq. O isə öz növbəsində hər şeyin normal olduğunu və düşünmək üçün ona vaxt lazım olduğunu dedi".

Bir həftədə sonra KFC-yə mətbuat işçiləri gəldikdən sonra Tan müəssisəni tərk etməli olub. Bundan əlavə, qız artıq qızardılmış toyuq qanadlarından da iyrənməyə başlayıb.

Tan etiraf edib: "Mən şəhəri tərk edərək valideynlərimin yanına qayıtmağı qərara aldım. Artıq işimə zəng edərək şəhərdən getməyim barədə onlara xəbər vermişəm".

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm