• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Qadın bankomatı bu günə qoydu - FOTOLAR

  • Maraqlı
  • 24 Oktyabr 2014 09:20
  • 503 Baxış
Qadın bankomatı bu günə qoydu - FOTOLAR

Çində ticarət mərkəzinə gələn insanlar maraqlı bir səhnə ilə qarşılaşıb: zərif bədənli qız bankomatı sözün əsl mənasında iki yerə parçalamışdı. Bununla da zərif cinsin nümayəndəsi ona pul verməkdən imtina edən bankomatdan intiqam alıb.

Hadisə Çinin Dunqan şəhərində yerləşən ticarət mərkəzində baş verib. Qadın əvvəlcə özünü qəribə aparıb. O, öz-özünə mızıldanıb və bankomata nəyisə izah etməyə çalışıb. Avtomat onun tapşırığını yerinə yetirmədikdə isə çinli qadın nağd pul almaq üçün bir daha cəhd edib. Növbəti dəfə istədiyini əldə etməkdikdə qadın özündən çıxıb.

Özünə nəzarəti itirən qadın bankomata hücum çəkərək onu hissələrə parçalayıb.

Hadisənin şahidləri isə onu mobil telefonun kameralarına çəkib. Şahidlərin sözlərinə görə qadınla avtomatın mübarizəsi onlara maraqlı gəlib: qadın bir neçə dəqiqənin içərisində "ürəksındıran" bankomatı hissələrə parçalayıb.

Maraqlıdır ki, qadının hərəkətlərini 3 nəzarətçi izləyib, lakin onlardan heç biri zəif cinsin nümayəndəsinin qarşısını almağa cəhd etməyib.

Yalnız sonda nəzarətçilərdən biri polisə zəng edərək əraziyə çağırıb. Hüquq mühafizə orqanları çinli qadının şikayətini dinlədikdən sonra onu bölməyə aparıb. Qadının bankomatı əlləri ilə parçalamasını polis əməkdaşları təsdiqləyib. Çünki qadın onu hissələrə parçalamaq üçün heç bir alətdən istifadə etməyib. Onların sözlərinə görə bankomatı parçalamaq üçün gərək insanda fövqəladə qüvvə olsun.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR