Bilgi.az
Dünyada ilk “ölü ürək” köçürülməsi – tibdə ağlasığmaz yenilik
Cərrahlar tibb tarixində ilk dəfə olaraq, ölmüş 3 insanın ürəyi ilə yaşayanlara həyat bəxş etməyi bacarıblar. Bu, təbabətdə böyük uğur və yenilik olmaqla yanaşı, dünyada unikal hadisə sayıla bilər.
Teleqraf.com-un The Guardian-a istinadən məlumatına görə, yeni texnikanın sayəsində orqanların dəyişməsi üçün yararlı ehtiyatların həcmi artacaq. Bu isə insanları azı, 30 faiz daha çox həyatda saxlayacaq.
Hələ ki, təbabətdə ürəyin transplantasiyası zamanı "canlı" - kliniki ölüm vəziyyətində olan insanların orqanizmindən çıxardılmış orqanlar tətbiq edilir. Ancaq Sidneyin Müqəddəs Vikenti xəstəxanasında həkimlər 20 dəqiqə əvvəl ölmüş 3 şəxsin ürəyini digər xəstələrə köçürməyə müvəffəq olublar.
Layihənin rəhbəri Peter MacDonald 20 il orqanizmdən kənar vasitələr hesabına ürəyin həyat fəaliyyətini dəstəkləmək üsulunu axtarıb. Bu mənada, "qutuda ürək" qurğusu onun səylərinin nəticəsi olub: xüsusi konteynerə donorun qanını doldururlar və yalnız sonra ora orqanı yerləşdirirlər. Steril elektrik sxemi orqanı döyünməyə məcbur edir və lazım olan temperaturu dəstəkləyir.
-
Magazin123:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı