Xanım prezident “Playboy” üçün soyunubmuş - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Xanım prezident “Playboy” üçün soyunubmuş - FOTOLAR

Amerika Milli Basketbol Assosiasiyasının (MBA) güclü kollektivlərindən olan "Los Angeles Lakers"in prezidenti xanım Jeanie Bussun açıqlamaları gündəmi qarışdırıb.

Publika.az xəbər verir ki, prezident mediaya açıqlamasında Kobe Brayanta görə Lakersə gəlmək istəməyən ulduz basketbolçularla bağlı maraqlı fikirlər səsləndirib. "Lakers'a Kobe üzündən gəlmək istəməyən sərbəst bir oyunçu göstərin, mən də sizə əzik kimdir göstərim" deyən Buss bir müddət öncə Lebron James və Carmelo Antoni ilə də görüşmüş, ancaq istədiyi nəticəni əldə edə bilməmişdi.


Qeyd edək ki, Bussun komandası bu il yalnız Julius Randleni transfer edə bilib. Kaliforniya doğumlu 53 yaşlı xanım prezident olduqca fərqli bir həyata sahibdir. Dünyaca məşhur daşınmaz əmlak ticarətçisi Jerry Bussun qızı olan Jeanie 19 yaşında gecə klubu işlədib.


11 yaşında valideynləri ayrılan Buss 6 qardaşıyla böyüyüb. 1999-cu ildən "Leykers"in başına keçən xanım məşhur voleybolçu Stiv Timmonsla ailə qurub və 1990-ci ildə üç illik evlilikdən sonra ayrılıblar. Məşhur klubun sahibəsi barədə ən maraqlı məlumatlardan biri də 19 il əvvəl - 1995-ci ildə "Playboy" jurnalı üçün soyunmasıdır.


İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm