• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Siz də təmizlik xəstəsisiniz?

  • Maraqlı
  • 25 Oktyabr 2014 13:00
  • 716 Baxış
Siz də təmizlik xəstəsisiniz?

"Əllərimi yuya bilməsəm, dayana bilmirəm, paltarlarımın təmiz olduğuna inanana qədər yuyuram, qabyuyan maşın məndən təmiz yuya bilməz axı, qapı tutacaqlarına toxunmuram" kimi xasiyyətləriniz varsa diqqətli olun.

Bunların təmizlik xəstəliyi əlamətləri olduğunu bilirsiniz?

El arasında təmizlik xəstəliyi kimi tanınan absessiv kompulsiv xarakter pozğunluğu həmin insanların özünü, həm də ətrafdakıları xəstə edə bilər.

Alimlər hər 100 adamdan 2-də müşahidə edilən bu xəstəliklə bağlı xəbərdarlıq edir.

Təmizlik xəstəliyi nədir?

Bu xəstəlik absessiv kompulsiv xarakter pozğunluğu xəstəliklərindən biridir. Hər şeyin kirli olduğuna inanmaq, mütəmadi hər şeyi silmək bu xəstəliyin əlamətlərindən hesab edilir. Bu xəstəliyin kökündə şübhə, əmin olmamaq hissi dayanır. İnsanlar bu davranışlarının məntiqli olmadığını bilsələr də, qarşısını ala bilmirlər. Bu düşüncələrdən xilas olmaq istəsələr də, bunu bacarmırlar. Alimlər xəbərdarlıq edir ki, müalicə edilmədiyi halda ortaya ciddi problemlər çıxa bilər.

Xəstəliyin əlamətləri

Bir insan daim əlini yuyursa, günün əsas hissəsi ev təmizləməklə keçirsə, qonaq gedəndən sonra hər şeyi təmizləyirsə, hər şeyin kirli olduğunu düşünərək heç bir əşyanı yumadan istifadə etməzsə, artıq xəstəliyin əlamətlərini daşıyır.

Xəstəliyin səbəbi?

Xəstəliyə səbəb ola biləcək onlarla versiya səslənsə də, əsas səbəb bilinmir. Bu xəstəliyə bioloji, psixoloji və ərtaf mühit faktorları səbəb ola bilər. Həmçinin ailəsində təmizliyə çox önəm verilən uşaqlarda gələcəkdə bu əlamətlər özünü büruzə verir. Bəzi insanlar isə yaxınlarını itirəndə, boşananda və iflas edəndən sonra bu xəstəliyə tutula bilirlər.

Bu xəstəlik insanların həyatına necə təsir edir?

Xəstəlik ilk növbədə insanların sosial və iş həyatına təsir edir. Bu insanlar təmizlik xəstəsi olduğuna görə, dostların evinə getmək istəmirlər. Buna görə də özlərini bədbəxt hiss edirlər. Xəstəlik daha çox insanın özünə zərər verir. Günün əsas hissəsini təmizliyə sərf etdiyinə görə, başqa işlərə vaxtı çatmır. Bütün günü ev təmizləyərək fiziki cəhətdən də həddən artıq yorulur, bu da bel, əzələ, boyun ağrıları yaradır. Vaxtında müalicə edilməzsə, bu xəstəlik depressiya və psixoloji pozuntulara səbəb ola bilər.

Absessiv kompulsiv xarakter pozğunluğu xəstəliklərinin müalicəsi heç də asan deyil. Xəstəlikdə zamanla geriləmə və inkişaf müşahidə edilə bilər. Psixoloji terapiya, dərmanla birlikdə tətbiq ediləndə müsbət nəticə verə bilir. Müalicə zamanı ailənin da davranışı son dərəcə vacibdir. Ailə üzvləri bu xəstəliyə görə onu danlamamalı, müalicə olunan xəstəlik olduğunu düşünməlidir.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR