Pişiklər bizi necə görür?
Bizi izləyin

Bilgi.az

Pişiklər bizi necə görür?

Britaniyanın Kral Baytarlıq Kolleci və BBC-nin araşdırmasına əsasən, tənha ovçu heyvandan ev heyvanına çevrilən pişiklər təkamül prosesinin kritik mərhələsindədirlər.

Yüksək əhali sıxlığı ilə fərqlənən şəhər mühitinə tez bir zamanda öyrəşən pişik öz həyat tərzini 21-ci əsrin tələblərinə uyğunlaşdıra bilib.

Müasir pişik yaşadığı ərazini müəyyən vaxt cədvəlinə uyğun olaraq digər pişiklərlə paylaşa bilir, daha az sayda yem ovlayır, bir-birilə və insanlarla təmas yaradır.

Publika.az-ın məlumatına görə, bu barədə "BBC Two" kanalı üçün aparılmış "Cat Watch 2014" adlı tədqiqatda qeyd olunub.

3 hissədən ibarət televiziya tədqiqatının 1-ci hissəsində pişiklərin ətraf aləmi necə dərk etdiklərindən bəhs edilir.

Pişiklərin yüksək dərəcədə inkişaf etmiş hissiyatı milyonlarla il ərzində təkmilləşərək itiləşib, onları oduqca effektiv yırtıcılara çevirib.

Bizim ev heyvanlarımız xarici aləmlə təması əslində insandan xeyli fərqli tərzdə qururlar.

Pişik kimi görmək

Cat

Pişik ətraf aləmi tutqun rəngdə görür, bu onlar üçün hədəfdən yayınmadan hərəkəti izləmək funksiyasını yüngülləşdirir.

Pişiklər nisbətən iri ölçülü gözlərə malikdir, bu onlara zəif işıqda belə görməyə imkan verir. Lakin bir addımlığında olan obyekti pişik aydın görə bilmir. Belə vəziyyətdə pişik özünə yaxın məsafədə olan əşyaları bığ tükləri vasitəsilə müəyyən edir.

Pişik gözü

cat

Pişik yerişi

cat

Pişik heyvanat aləminin gimnastı sayılır. O, divara dik qalxa bilir, hasar dirəklərinin iti ucluqlarından adlaya bilir, hündürlükdən yıxılıb yerə düşəndə isə ayaqları üstünə enir. Onların bu məharəti skeletlərinin unikal quruluşundan irəli gəlir. Pişiyin sanki elastik skelet quruluşu ona oğrunca və səssiz hərəkət etməyə, hündürlükdən düşəndə isə zərbə səsini boğmağa imkan verir. Nəhayət sıxılmış yaytək açılan arxa ayaqları pişiyə irəli və yuxarıya sürətli sıçrayışlar etmək imkanı qazandırır.

Pişik necə tullanır

cat

Pişik kimi eşitmək

cat

Pişiyin iri qulaqları var, onları ayrı-ayrılıqda 180 dərəcə döndərə bilir. Qulaq nahiyəsilə beyin arasında çoxlu sayda neyronların yerləşməsi səs informasiyasını tez bir zamnda beyində emal etməyə imkan verir. Pişiyin daxili qulağı insanın daxili qulağının quruluşundan bir qədər fərqlidir - bu səbəbdən pişik daha geniş diapazonlu səsləri eşidə bilir. Ümumilikdə pişik qulağı 11 oktava səsi seçə bilir. Yəni insan qulağından 2 oktava çoxdur. Bunun sayəsində pişik xırda heyvanların ultrasəs diapazonlu civiltilərini də eşidir.

Cat

Pişiyin iy duyğusu

Cat

Pişiklərin iy duğusu insanın iy duyğusundan azı 100 qat güclüdür. Bu səbəbdən pişik minlərlə müxtəlif iyi duya bilir.

Pişiyin burnundakı kiçik ölçülü burulmuş sümüklərin üstünü milyonlarla reseptor örtür. Bu, pişiklərə tez bir zamanda müxtəlif qoxuları seçib ayird etməyə, burun vasitəsilə alınan iy informasiyasını təhlil üçün beyinə ötürməyə imkan verir.

Pişiklərin həm də əlavə iyduyma orqanı var. Həmin orqan heyvanın ağız nahiyəsinin üst hissəsində yerləşir. Pişik nəfəsindəki qoxuları ayırd etmək üçün fınxırma zamanı həmin orqanını işə salır.

Cat

Oxumağa davam et
Reklam
Reklam

Gündəm