Rusiyada Kadırovun şəkli həkk olunmuş gümüş sikkələr – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Rusiyada Kadırovun şəkli həkk olunmuş gümüş sikkələr – FOTOLAR

Rusiyanın Çelyabinsk əyalətinin Zlaroust şəhərinin ustaları Çeçenistan lideri Ramzan Kadırovun portreti həkk olunmuş gümüş medal-pullar buraxmağa başlayıblar.

Bu haqda xəbəri pulun buraxıldığı fabrikin baş direktoru Vladimir Vasyuxin deyib. Onun sözlərinə görə, 25 gümüş sikkə kəsiləcək.

Qeyd edək ki, bundan əvvəl müəssisə Krımın birləşdirilməsi şərəfinə Vladimir Putinin portreti həkk olunmuş sikkə kəsib. Qəpiklər "Rus Torpaqlarının Birləşdiricisi" adı altında kəsilib.

Vasyuxinin sözlərinə görə, məhdud sayda kəsilən sikkələr müxtəlif kolleksiya və muzeylərə paylanacaq. O deyib: "Heyif ki, Qroznı şəhərinin ad günü münasibəti ilə Ramzan Kadırova kəsilmiş sikkələrin ilk nüsxəsini verə bilməmişik. Çeçenistan respublikasının başçısına qəpik-pulların necə təqdim olunacağı isə yaxın günlərdə məlum olacaq".

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm