Ən yaxşı yalan danışanlar sığortaçılardır
Bizi izləyin

Bilgi.az

Ən yaxşı yalan danışanlar sığortaçılardır

Rusiyanın aparıcı işədüzəltmə xidmətlərindən olan HeadHunter ruslar arasından ən yaxşı yalan danışan insanların hansı peşə sahibləri olduqlarını araşdırıb.

Publika.az xəbər verir ki, araşdırma zamanı məlum olub ki, ən virtuoz yalançılar sığorta sahəsində çalışanlardır. Onların yalanlarının 83%-nin üstü açılmır.

Ümumiyyətlə, sorğuya görə Rusiyada sığorta işçilərinin yarısı müxtəlif səbəblərə görə nə vaxtsa yalan danışıb. Onların 4%-i demək olar ki, hər gün yalan danışır, 29%-i isə bunu mütəmadi surətdə edir.

Ən qatı yalançılar – "satış" sahəsində çalışır. Satış işçilərinin 67%-i etiraf edib ki, işlə əlaqədar yalan danışıblar. İkinci yerdə - şirkətlərin top menecerləri durur (rəhbərlərin 65%-i yalan danışmağa məcbur olublar). Üçüncü yerdə - hüquqşünaslar durur (hüquqşünas respondentlərin 63%-i etiraf edib ki, onlar da zaman-zaman yalan danışırlar). Hamıdan az yalan danışanlar gənc mütəxəssislər (31%), həkim və farmasevtlər (42%), mühasib və iqtisadçılardır (45%).

Rusiya şirkətlərinin bir çox əməkdaşı əmin edir ki, onların yalanlarının üstü açılmayıb (68%). Sığortaçılardan əlavə, turizm və mehmanxana-restoran sahəsində çalışanlar da yaxşı yalan danışmağı bacarırlar (Hər 100 nəfərdən 78-nin yalanının üstü açılmamış qalır).

Kütləvi informasiya vasitələrinin nümayəndələri, məsləhətçilər və top menecerlər ən pis yalan danışanlar sırasındadırlar. Ortalama hər 100 nəfərdən 40-nın yalanı açılır.

Yalan informasiyaların qurbanları daha çox şirkət və ya şöbə rəhbərləri olur (53%), qalan haııarda isə müştəri və kolleqalar yalanın qurbanına çevrilirlər. Demək olar ki, hər 4 nəfərdən 1-i etiraf edib ki, bəzən özü-özünü də aldadır.

"Mən sadəcə iş yoldaşımı qoruyurdum" – sorğuda iştirak edən hər 2 nəfərdən 1-i yalanını belə izah edir. Əməkdaşlar əsasən işdə olmadıqlarını ört-basdır eləmək üçün yalan danışır. Bundan başqa, layihələrin təhvil verilmə tarixi ilə bağlı, həmçinin iş öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı yalan danışırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm