Bilgi.az
Məktəb direktorunun skeleti anatomiya vəsaiti kimi - VİDEO
Rumıniyanın Praxova regionunda yerləşən kənd məktəbində anatomiya dərsində məktəbin keçmiş direktorunun skeletindən istifadə olunur. Belə ki, məktəb direktoru 1965-ci ildə vəfat etməzdən öncə, öz bədənini tədris materialı kimi təhsil müəssisəsinə həvalə edib.
Məktəbin keçmiş direktoru olan Aleksandr Qriqore Popesku 1890-cı ildə doğulub. O, 18 yasından etibarən dərs deməyə başlayıb. Popesku təhsil müəssisəsində 50 ilə yaxın dərs deyib. Müəllim özündən sonra uşaqlar üçün şeir və nəğmələr də qoyub.
Məktəb rəhbərliyindən verilən məlumata görə, keçmiş direktorun skeleti gigiyenik ekspertizadan keçmək üçün səhiyyə naziriliyi tərəfindən müsadirə olunub. Lakin skelet sağlamlıq üçün heç bir təhlükə yaratmadığı üçün tezliklə təhsil müəssisəsinə qaytarılıb. Skelet biologiya otağında yerləşən şkafların birində saxlanılır və dərs zamanı əyani vəsait kimi istifadə olunur.
Nura
-
Cənubi Qafqaz19:12
Ermənistan KİV-i Bağanis Ayrımla bağlı yeni MƏLUMAT YAYDI
-
Hadisə18:38
Azərbaycanlı iş adamının qətlini o qadın sifariş edib? - ŞOK İDDİA
-
Hadisə18:30
Yanan bazardan son görüntülər - FOTO/VİDEO (YENİLƏNDİ)
-
Sosial17:50
Cavanşir Məmmədov kostyumla dəfn edilib?
-
Dünya17:45
Ərdoğan bu sarayda HƏMAS lideri ilə GÖRÜŞDÜ
-
Dünya17:30
Fidan: Dünyanın ən böyük problemi ikiüzlülükdür
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı