Musiqi ilə uşaqların psixi problemləri həll olunur
Bizi izləyin

Bilgi.az

Musiqi ilə uşaqların psixi problemləri həll olunur

Kral universitetinin tədqiqatçıları 251 nəfər arasında yeniyetmələrin psixologiyasına musiqinin necə təsir etdiyini öyrənmək üçün təcrübə aparıblar. Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, təcrübədə iştirak edən uşaqların hamısında müəyyən problemlər və az da olsa psixi pozğunluqlar olub.

Tədqiqatçılar təcrübəni iki qrup üzərində aparıblar. 123 uşaqdan ibarət birinci qrup musiqi terapiyası və ənənəvi müalicə metodlarıyla müalicə olunub. Qalan 128 uşaqdan ibarət qrup isə sırf ənənəvi metodlarla müalicə olunublar.

Nəticələr göstərib ki, musiqi terapiyası ilə müalicə olunan uşaqlar depressiya simptomları ilə daha tez mübarizə apara biliblər. Bundan başqa onların ünsiyyət bacarıqları da inkişaf edib.

Araşdırmalar nəticəsində məlum olub ki, musiqi terapiyası həm uşaqlar, həm də böyüklərə psixi baxımdan güclü olmaq üçün ən yaxşı vasitədir. Bu, alimlərin musiqinin faydalılığı barədə ilk qənaəti deyil. Lakin bu təcrübədən sonra musiqi terapiyası həm də elmi dəyər tapmış oldu.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm