Bomj pianoda ifası ilə reytinq qazandı – FOTO /VİDEO
Bizi izləyin

Bilgi.az

Bomj pianoda ifası ilə reytinq qazandı – FOTO /VİDEO

Kanadanın Edmonton şəhərinin küçələrində yaşayan bomj kişi pianoda ifası ilə internet istifadəçiləri arasında məşhurluq qazanıb. Maraqlıdır ki, küçələrdə yaşayan Rayan adlı kişi pianoda çalmağı özü sərbəst şəkildə öyrənib.

Oktyabrın 23-ü yoldan keçənlərdən biri Rayanın ifasını videoya çəkib. Beş gün ərzində videoya 275 mindən çox insan tərəfindən baxılıb.

Rayanın sözlərinə görə, o, artıq 30 ildir ki, küçələrdə yaşayır. O həmçinin bildirib ki, piano dərslərini heç kimdən almayıb. İncəsənətə marağının necə yaranması haqda Rayan heç bir şey deməyib.

O, küçədən tapdığı qırmızı rəngli fortepiano sayəsində gözəl musiqilər ifa etməyi öyrənib.


Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm