• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Əmrahdan inanılmaz xəsislik

  • Maraqlı
  • 28 Oktyabr 2014 16:50
  • 710 Baxış
Əmrahdan inanılmaz xəsislik

Tanınmış türk müğənni Əmrah Türkiyə mediasının diqqət mərkəzindədir. Amma bu dəfə sənətiylə yox, simicliyi ilə.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yetərincə böyük sərvətə sahib olmağına baxmayaraq, simicliyi ilə ad çıxaran Əmrahın budəfəki hərəkəti əvvəlkiləri də kölgədə qoyub. Belə ki, müğənninin 8 aylıq hamilə olan həyat yoldaşı Sibel Kirerin ürəyi ət istəyib. Əmrah yoldaşını restorana aparmazdan əvvəl meneceri Engin Esene zəng etdirərək, restoranda onlardan ondan hesab alınmamasını xahiş etdirib. Restorana həyat yoldaşı ilə yanaşı, baldızını da gətirən sənətçi oradan nəinki hesab ödəmədən, hətta onlara qulluq edən ofisianta çaypulu da vermədən ayrılıb.

Bu arada Türkiyə mətbuatı məşhur müğənninin varidatıyla bağlı araşdırmalara başlayıb. Məlum olub ki, o, "Twitter"dən beş milyon dollarlıq hissə alıb və hazırda ölkəsinin əmlak imperatorlarından hesab edilir. Əmrahın varidatı siyahısında Bodrumda 200 otaqlı hotel, əlavə 100 obyekt və 12 böyük dükan da yer alır. Təbii ki, bütün bunlar onun varidatının məlum olan hissəsidir.

Ancaq Türkiyənin "Hacı qara"sı görün daha nələr edirmiş. O, bahalı restoranlara gedəndə avtomobilini pullu dayanacağa verməmək üçün yaxınlıqdakı küçələrin birində saxlayır. Türkiyənin Bəbək turizm bölgəsində 15 min lirəyə kirayə verdiyi məkana gedərək, axşam yeməyini orada yeyir.

Sənətçidən heç anası da yarımayıb. Belə ki, o, anası üçün imkanlı ailələrin nadir hallarda istifadə etdiyi kart alıb. Həmin kart yaşı 65-dən yuxarı olan insanların nəqliyyatda pulsuz istifadəsi üçün nəzərdə tutulub. Bu kartı bir neçə il öncə Bakıda dəb olan veteran vəsiqələri ilə müqayisə etmək olar.

İntiqam VALEHOĞLU

Xəbər lenti

DAHA ÇOX XƏBƏR