Qadın 108 kişinin diqqətini çəkdi - FOTO\VİDEO
Bizi izləyin

Bilgi.az

Qadın 108 kişinin diqqətini çəkdi - FOTO\VİDEO

ABŞ-da maraqlı bir təcrübə keçirilib. Belə ki, Nyu-York şəhər küçələrində gəzişən qadın 10 saat ərzində dəfələrlə kişilərin təhqirinə məruz qalıb. Təcrübəni "Hollaback" hərəkatının üzvləri həyata keçirdib.

Təcrübənin həyata keçirilməsi üçün 24 yaşlı Şoşana Roberts adi geyimdə olub. O, tünd rəngli cins şalvar və maykada Manhetten küçələrində gəzişib. Ondan irəlidə isə çantasında gizli kamera gizlətmiş yoldaşı Rob olub.

Videoya baxdıqda məlum olub ki, qadının 10 saatlıq gəzişi müddətində o, 108 dəfə kişilərin diqqətində olub. Onlardan bəziləri qadına göz vurub, fit çalıb. Kişilərdən hətta biri onun dalınca düşərək bir neçə dəqiqə izləyib.

Maraqlısı odur ki, kişilərin hamısı təhqiramiz ifadələr işlətməyib. Onlardan bəziləri qadına uğurlu gün arzu edib, bəziləri isə ona gülümsəməyi tövsiyə edib.

Bununla da hərəkat üzvləri bir qadının gün ərzində nələrdən keçdiyini əyani sübut edib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm