Baş ağrısından dərmansız necə qurtulmaq olar?
Bizi izləyin

Bilgi.az

Baş ağrısından dərmansız necə qurtulmaq olar?

Baş ağrısından dərmansız necə xilas olmaq olar? Bəziləri ayda bir neçə dəfə baş ağrısından əziyyət çəkirlər və bu ağrı uzun müddət davam edə bilər.Baş ağrısından xilas olmaq üçün hətta bir neçə ağrıkəsici dərmandan istifadə edənlər də var. Əgər söhbət miqrendən getmirsə, o zaman dərmansız da baş ağrısından qurtulmaq olar.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, başın yüngülcə masajı baş ağrısının intensivliyini azalda bilər. Başı boyundan alın hissəyə doğru masaj etmək olar. Əlin dairəvi hərəkəti ilə olunan masaj spazmaları azaldır.

Əgər sizin işiniz uzun müddət bir yerdə hərəkətsiz oturmaq tələb edirsə, o zaman başa gedən qanda durğunluq yarana bilər. Qanın daha yaxşı hərəkət etməsi üçün sağ və sol çiynin masajı effektiv ola bilər.

Ən vacibi istirahət etməyə vaxt ayırmaqdır. Tez-tez baş verən baş ağrısı bədənin və sinir sisteminin eksteremal şəraitdə çalışmasını göstərən siqnaldır. Əgər siz çox işləmək məcburiyyətindəsinizsə, az işləyə bilmirsinizsə, o zaman istirahətinizi düzgün bölə bilərsiniz. Buna sakitləşdirici musiqi dinləmək və problemləri yaddan çıxarmaq kömək edə bilər.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm