• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Kokos baş yardı – FOTOLAR

  • Maraqlı
  • 29 Oktyabr 2014 17:56
  • 525 Baxış
Kokos baş yardı – FOTOLAR

Havay adalarında xilasedici kimi işləyən Harold Teşimanın başına düşən kokos onu xəstəxanalıq edib.

Kokos zərbəsindən nokauta düşən Harold hazırda beyin silkələnməsi, baş və boyun zədələnməsindən müalicə alır.

Xilasedici işləyən Harold, adanın yaxınlığından keçən Anna qasırğasından sonra yaranmış fəsadları aradan qaldırarkən palma ağacının altında dayanıb. Bu zaman onun başına kokos düşüb və o, huşunu itirib.

O deyib: "Mən yoldaşlarımla dağıntının qalıqlarını aradan qaldırarkən qəfildən huşumu itirim. Ayıldıqda burnumdan qan gəldiyini hiss etdim, alnım bərk ağrıyırdı və mənim ürəyim bulanırdı. Mən nə baş verdiyini anlamırdım, ona görə də yerdə uzanıb qalmışdım".

Haroldun yoldaşları onun köməyinə gələrək, zərərçəkəni xəstəxanaya çatdırıblar. Xəstəxanada ona beyin silkələnməsi, alın və boyunun yumşaq toxumalarının zədələnməsi diaqnozu qoyulub. Onun başına düşən kokosun çəkisi 1,8 kiloqram olub. Jurnalistlər isə Haroldun bəxtinin nə dərəcədə gətirmədiyindən yazır.

Çünki kokos Haroldun başına onun iş vaxtının bitməsinə 15 dəqiqə qalmış düşüb.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR