Məşhur aktyor ölümlə üz-üzə - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Məşhur aktyor ölümlə üz-üzə - FOTOLAR

Məşhur Hollivud aktyoru Tom Kruz "Qeyri-mümkün tapşırıq" (Mission İmpossible) filminin növbəti çəkilişləri zamanı kaskadyorun köməkliyi olmadan uçan təyyarənin üzərinə qalxıb. 52 yaşlı aktyor bir neçə metr yüksəklikdə olan təyyarənin üstünə sərbəst şəkildə çıxa bilib.

Hava nəqliyyatı saatda 400 kilometrlə uçduğu halda, Tom Kruz iki təhlükəsizlik kəməri ilə təyyarənin qapısından sallanıb.

Ən pisi isə odur ki, bu zaman Kruzun əynində ciddi kostyum və klassik sürüşkən ayaqqabılar olub. Buna baxmayaraq, cəsarətli aktyor təyyarənin qanadında düz 20 dəqiqə dayana bilib. Təhlükəsizlik kəmərinin olmasına baxmayaraq, Kruzun bu trükü indiyədək aktyor tərəfindən yerinə yetirilmiş ən qorxulu hərəkət adlandırılıb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm