Min dərdə dərman: banan qabığının möcüzələri
Bizi izləyin

Bilgi.az

Min dərdə dərman: banan qabığının möcüzələri

Bananın özü kimi qabığı da bir sıra vitamin və minerallarla zəngindir. Lakin, adətən, bananın qabığından çox, özündən istifadə olunur. Qabıq isə zibil yeşiyinə tullanır. Ancaq banan qabığı bir çox məişət işlərində sizin yardımçınız ola bilər.

Publika.az banan qabığının faydalı cəhətlərini təqdim edir.

Dişlərin ağardılması

Dişləri adi diş məcunu ilə fırçalayın, bundan sonra isə 2 dəqiqə ərzində banan qabığının içi ilə (ağ hissəsi) dişlərin səthini sürtün. Banan qabığında olan kalium, kalsium, maqnezium, marqans və fosfor dişlər üçün xeyirlidir və onların ağarmasına yardım edir. Banan qabığını dişə sürtdükdən sonra qalıqların qalmaması üçün bir daha dişlərinizi yuyun. Dişlərin ağarması üçün bu proseduru hər gün 1-2 dəfə təkrar edin.

Gümüşün cilalanması

Banan qabığı gümüşdən hazırlanmış əşyaların emalı üçün yararlıdır. Əvvəlcə banan qabığını blenderdən keçirdin, sonra isə üstünə su əlavə edərək onu diş pastası halına gətirin. Hazırlanmış qarışığı gümüşün qaralmış hissəsinə çəkin. Tezliklə qara hissə yoxa çıxacaq.

Ayaqqabı üçün krem

Banan qabığından ayaqqabı kremi kimi də istifadə etmək olar. Qabığı içini ayaqqabının üzərinə sürtün, sonra isə onu quru salfetlə silin.

Korlanmış CD və DVD disklərin yenilənməsi

Əgər CD və ya DVD diskin üzərində cızıq varsa və onu aparmağın yolunu bilmirsinizsə, o zaman banan qabığından istifadə edin. Əvvəlcə bananın özü ilə, sonra isə 2 dəqiqə ərzində banan qabığı ilə diskin üzərini silin. Meyvənin əti və banan qabığı diski cilalayır. Diskin üzərinə hopmuş banan qalıqlarını şüşə üçün nəzərdə tutulmuş məhlulla isladılmış salfetlə təmizləyin. Diski quruması üçün bir kənara qoyun.

Tikanın çıxarılması

Əgər siz dərinizə batmış tikanı çıxara bilmirsinizsə, yenə də banan qabığına müraciət edin. Banan qabığının ağ hissəsini tikan batan yerə qoyaraq plastırla bərkidin və 24 saat saxlayın. Banan qabığında olan fermentlər tikanı dərinin üzərinə çıxardacaq, bundan sonra siz onu asanlıqla bədəninizdən çıxara bilərsiniz.

Cırmaq, yanıq və sancma əleyhinə

Banan qabığında olan bir sıra yağ və fermentlər gün yanıqları, cırmaq və sıyrılmış yerləri müalicə edir. Bundan əlavə, banan qabığı iltihab, ağcaqanad və digər həşəratların sancması əleyhinə əlverişli müalicə növüdür. Bunun üçün banan qabığının yumşaq hissəsini zədəli yerə qoyun və ya yaranı onunla silin. Yara sağalana kimi proseduru gün ərzində bir neçə dəfə təkrarlayın.

Ziyilin aparılması üçün

Xalq təbabətində banan qabığından ziyilin aradan qaldırılması üçün istifadə olunur. Qabığın yumşaq hissəsini ziyilin üstünə qoyun və plastırla bərkidin. Bütün gecəni belə saxlayın. Ziyil sağalanadək proseduru təkrarlayın. Cəmi bir həftəyə istədiyiniz nəticəni ala bilərsiniz.

Psoriaz və sızanaqlar üçün

Psoriaz dəri xəstəliyidir, o, dərinin soyulmasına səbəb olur. Psoriaz nəticəsində bədəndə yaranan quru nahiyələrə banan qabığını sürtün. Civzə səpkiləri üçün də analoji proseduru təkrarlayın. Bir neçə gündən sonra dərinizin yaxşılaşdığını görəcəksiniz.

Dəri üçün

Banan qabığında olan mineral və antioksidant dərinin sağlam qalması üçün yaxşı vasitə hesab olunur. Sadəcə, banan qabığının içini üz, boyun və bədənin digər nahiyələrinə sürtün. Dəriniz yumşalacaq və qırışların yaranmasının qarşısını alacaq.

Gübrə əhəmiyyəti

Qeyd etdiyimiz kimi, banan qabığı kalium, kalsium, maqnezium, fosfor və azotla zəngindir. Bu makroelementlər bitkinin sağlam böyüməsinə kömək edir. Dibçəyin dibində banan qabığı basdırın. Bunun üçün daha çox qaralmış banan qabığından istifadə etmək yaxşıdır.

Mənənə (bitki biti) əleyhinə

Banan qabığı bitkidəki bitin məhv olması üçün əlverişli üsuldur. Bunun üçün banan qabığını hissələrə parçalayıb onu qurudun. Bundan sonra qurumuş qabıqları bitkinin dibində basdırın.

Bitkinin təmizlənməsi üçün

Banan qabığı bitkinin yarpaqlarını təmizləmək üçün təbii üsuldur. Yarpağın tozunu sildikdən sonra üzərinə banan qabığı çəkin.

Toyuğun döş ətinin yumşalması üçün

Toyuq döşünü bişirən zaman üzərinə yetişmiş banan qabığı əlavə edin. Bu zaman toyuq əti daha yumşaq və dadlı olacaq.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm