Ev temperaturu ər-arvad münasibətlərini korlayır
Bizi izləyin

Bilgi.az

Ev temperaturu ər-arvad münasibətlərini korlayır

Adətən, kişilər mənzildə temperaturun sərin olmasını sevirlər.

Qadınlar isə əksinə, nisbətən isti temperatura üstünlük verirlər. Aparılmış son tədqiqatlara görə, zəif cinsin nümayəndələri kişilərə nisbətən temperatur dəyişkənliyinə daha həssasdırlar. Qadınların əl və ayaqları kişilərlə müqayisədə 9 dəfə soyuq olur.

Sən demə, ailələrin 55 faizində insanlar evdəki temperatur üstündə mübahisə edir. Sorğu Böyük Britaniya əhalisi arasında aparılıb və respondentlərin iddiasına görə məlum olub ki, evdə temperatur üstündə daim mübahisə düşür.

Tədqiqatçılar isə bu mübahisəyə son qoymaq üçün evdə normal orta temperaturun göstəricisini hesablayıblar.

Hər iki cins üçün ideal ev temperaturu 22 dərəcə qəbul olunur.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm