• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Güclü zəlzələ gözlənilir - Amerikalı alimlərdən ŞOK proqnoz

  • Maraqlı
  • 5 Noyabr 2014 11:44
  • 1 235 Baxış
Güclü zəlzələ gözlənilir - Amerikalı alimlərdən ŞOK  proqnoz

Dünyanın ən gözəl şəhərlərindən biri hesab olunan San-Fransiskoda yaxın zamanlarda güclü zəlzələ baş verəcəyi haqda xəbər verilib.

Mütəxəssislərin bildirdiyinə görə, şəhərin San-Andreas rayonu potensial və seysmik aktiv olan dörd episentr üzərində yerləşir.

Aparılmış son hesablamalara görə, rayonda baş verəcək kiçik bir təkan böyük fəsadlara səbəb ola bilər. Mütəxəssislərin fikrincə, yaxın zamanlarda şəhərdə Rixter cədvəli üzrə 7 ballıq zəlzələ baş verə bilər.

San-Fransiskoda sonuncu güclü zəlzələ 1989-cu ildə baş verib. Təbii fəlakət nəticəsində 63 nəfər həlak olub, 4000 nəfər xəsarət alıb.

San-Fransisko tarixində ən güclü zəlzələ 1906-cı ildə baş verib. 7,8 ballıq zəlzələ nəticəsində 3 min nəfər həlak olub, şəhərin 80 faizi yararsız hala düşüb.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR