Arvadbaz nazirin məşuqəsindən kitab: ən gizli məqamlar
Bizi izləyin

Bilgi.az

Arvadbaz nazirin məşuqəsindən kitab: ən gizli məqamlar

İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoninin sevgilisi Françeska Paskale onunla münasibətlərinin necə başladığını və gündəlik həyat tərzini bir kitab üçün danışıb.

Axar.az xəbər verir ki, 29 yaşlı Paskale Berluskoni ilə münasibətlərində heç vaxt açıqlanmayan məqamları italyan jurnalist Bruno Vespa ilə bölüşüb.

Vespanın noyabrın 6-da satışa çıxacaq kitabında yer alan açıqlamalardan bir qismi "Oggi" jurnalında yayımlanıb.

İtaliya mətbuatında "Berluskonini necə əldə etdim?" başlığı ilə yayımlanan yazıda Paskale uşaqlığından bəri Berluskoniyə heyran olduğunu və onunla tanış olmağı qarşısına məqsəd qoyduğunu deyib.

"Telefon nömrəmi ovcuna basdım"

"Ona dəli kimi aşiq olmuşdum. Yavaş-yavaş İrəli İtaliya Partiyasına (Berluskoninin partiyası) yaxınlaşmağa başladım. 5 noyabr 2006-cı il saat 13:50-də o böyük an gəlmişdi. "Silvio, səninçün darıxırıq" qrupundan olan 4 qızla birlikdə Romada idik və Berluskoninin Duke otelində toplantıda olduğunu öyrəndik. Toplantıdan çıxanda Berluskonini gördük. Çox cazibədar idi. "Nazirim çox yaraşıqlısınız" dedim. O da gülümsədi və "Yaxşısan?" soruşdu. Mən kağıza yazdığım telefon nömrəmi onun ovcuna basdım və "zənginizi gözləyirəm" dedim. O da mənə çox tələskən olduğumu söylədi. Bir neçə gün sonra gecə yarısı mənə zəng etdi və iki saatdan çox danışdıq", - Paskale deyib.

Sevgilisi Berluskoninin əvvəlcə aralarındakı yaş fərqinə görə utandığını da söyləyib: "Amma mən ona "Bəli, aramızda 50 yaş fərq var, qızın, ya da nəvən ola bilərdim. Bundan başqa, səninlə sevgili olmaq istəyən çoxlu qadının da olduğunu bilirəm. Mən sənə aşiqəm və gec-tez sən də mənə aşiq olacaqsan",- dedim".

"Evdə sevgilim, çöldə nazirim"

Paskale Berluskonini çox şəfqətli, əyləncəli və yorulmayan biri kimi xarakterizə edib və onu evdə "sevgilim", çöldə isə "nazirim" çağırdığını deyib:

"Nazirin ətrafında olan qadınların hamısı ilə tanış idim və hamısını da qısqanırdım. Hələ də qısqancam, mağazadakı satıcının belə onunla şəkil çəkdirməsinə qısqanıram. Bu məsələdə siciliyalılardan betərəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm