Məşhur müğənninin qardaşı zirzəmidə can verir
Bizi izləyin

Bilgi.az

Məşhur müğənninin qardaşı zirzəmidə can verir

Müğənni Madonna atasının təkidinə baxmayaraq, evsiz-eşiksiz qalan qardaşına yardım etməkdən boyun qaçırıb.

56 yaşlı pop ulduzun qardaşı Entoni, Miçiqan ştatında yerləşən zirzəmilərin birində yaşayır və qabırğa və topuq sınığından əziyyət çəkir.

Qeyd olunur ki, Madonna 8 uşaqlı ailədə dünyaya gəlib. Entoni isə uşaqların arasında ən böyüyüdür. Madonna və onun digər qardaşı Mario spirtli içki aludəçisi olan Entonidən imtina edərək, ona yardım etməkdən boyun qaçırıblar. Digər bacı və qardaşlar, eləcə də ataları onların bu qərarını bəyənməyib.

Ailə üzvlərindən biri deyib: "Madonna və Mario hesab edir ki, Entoni daha heç bir şansa layiq deyil və ona görə də onlar çarəsiz qardaşlarına yardım etməkdən boyun qaçırıblar".

Həmçinin o da qeyd olunur ki, Madonna qardaşıyla bir neçə ildir ki, görüşmür. Bomj kimi yaşayan qardaşın iddiasına görə, bacısı onu görsə, çətin ki tanıya. O qeyd edib: "Bacım üçün mənim sağ və ya ölü olmağımın heç bir fərqi yoxdur".

Madonnanın qələmə aldığı bioqrafiyasına əsasən deyə bilərik ki, o, uşaqlıqdan iki qardaşı ilə yola getməyib. Qardaşlar narkotik vasitələr qəbul edir və eyni zamanda, tez-tez Madonnanı ələ salarlarmış.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm