Film yeniyetmənin həyatını məhv etdi – FOTO
Bizi izləyin

Bilgi.az

Film yeniyetmənin həyatını məhv etdi – FOTO

Çin həkimləri yeni bir psixi xəstəlik diaqnozu qoyub: pornoya baxmaq nəticəsində əmələ gələn travmatik stress pozuntusu. Bu xəstəliyin də ilk qurbanı elə yerli sakin olub.

Çinli oğlan 5 yaşından bəri pornofilmlərə baxdığını və nəticədə həyatının korlandığını iddia edir. Artıq 16 yaşına çatan Ley Çunqanın sözlərinə görə, o, uşaq ikən ata və anası ilə ikiotaqlı mənzildə yaşayıb. Oğlan 5 yaşına qədər gecələr yuxudan durarkən atasının kompüterində pornofilmə baxdığını görüb. Çunqun dediyinə görə, o, filmdəki səslərə görə yata bilməyib. Çunq atasından filmin səsini "almasını" xahiş edəndə də döyülərmiş. O vaxtdan etibarən Çunqu seksual təsvirlər izləməyə başlayıb.

Onun sözlərinə görə, məktəb vaxtı dərslərini yaxşı oxuyub, lakin o, tədricən təhsildən uzaqlaşmağa başlayıb. Nəticədə isə beynindən seksual zorakılıqla bağlı fikirləri ata bilməyən oğlan məktəbdən aralanmalı olub.

Böyüklər üçün nəzərdə tutulmuş filmin uşağın həyatına təsiri bununla bitməyib. Yaşadığı stressə görə o, iş də tapa bilməyib.

Son anda isə Çunq həyatına qəsd etməyə çalışıb, lakin dostunun təkidi ilə həkimə müraciət etməli olub.

Həkim müayinəsindən keçdikdən sonra məlum olub ki, həqiqətən də, uşağın həyatında baş verən uğursuzluqların səbəbkarı məhz pornofilmlər olub. Çunqun həkimi deyib: "Bu hadisə onu sübut edir ki, uşaqlar pornoqrafik filmələrə baxarkən orada baş verənləri anlamırlar. Bu isə onlarda psixi problemlər yaradır. Valideynlərdən övladlarını bu tipli materiallardan uzaq tutmağa səsləyirik".

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm