• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Hakim qadının bikinidəki fotosu təşviş yaratdı – FOTO

  • Maraqlı
  • 6 Noyabr 2014 18:45
  • 748 Baxış
Hakim qadının bikinidəki fotosu təşviş yaratdı – FOTO

Moldovada yeni təyin olunmuş 27 yaşlı hakim Mariya Kozma internetdə alt paltarında çəkilmiş fotosunu yerləşdirdikdən sonra çoxsaylı tənqidlərə məruz qalıb.

Məzəmmət edilsə də, bir çoxlarının fikrincə, Mariya işindən azad olunmayacaq. Çünki Mariyanın dayısı Maykl Poalelunqi ölkənin Ali Məhkəməsinin sədridir.

Hakimlər cəmiyyətinin sözçüsü deyib: "Təəssüf ki, Mariyanın hansı ailədən gəlməsi hamıya məlumdur və biz bu haqda hər hansı tədbir görə bilməyəcəyik. Lakin digər hakimlərin də bu pis insidentdən nümunə götürməməyə səsləyirik".

Qeyd edək ki, Kozma paytaxtın cinayət məhkəməsinə hakim seçildikdən sonra fotosunu sosial şəbəkədə paylaşıb. Dayısı isə 1988-ci ildən bəri hakim kimi çalışır.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR