Qanın əvəzləyicisi tapıldı
Bizi izləyin

Bilgi.az

Qanın əvəzləyicisi tapıldı

Tədqiqatçılar şəkər çuğunduru ilə insan hemoqlobinin kimyəvi tərkibi arasında oxşarlığı tapıb.

İsveç alimlərinin iddiasına görə, şəkər çuğundurunun tərkibində olan zülal insan qanının əvəzləyicisi ola bilər.

Məlum məsələdir ki, qandakı oksigen hemoqlobinin tərkibində yerləşən zülalın tərkibində toplanır. Publika.az xarici mətbuata istinadən xəbər verir ki, insan hemoqlobinin kimyəvi tərkibi ilə şəkər çuğundurununku çox oxşardır.

İndi isə tədqiqatçılar bitki zülalının insan toxumalarında fəaliyyət göstərə bilib-bilməyəcəyini araşdırır. Onların sözlərinə görə, tədqiqat 3 il vaxt tələb edir.

Qan köçürməsi fövqəladə vəziyyətlərdə bir çox insanlara, o cümlədən də xərçəng xəstələrinə yardım edə bilər. Lunda universitetinin alimlərinin sözlərinə görə, şəkər çuğunduru ilə insan qanında olan hemoqlobin 50-60 faiz oxşarlıq təşkil edir.

Mütəxəssislərdən biri deyib: "İndiki zəmanədə köçürülmək üçün qan çatışmazlığı var. Biz bu problemi həll etmək üçün alternativ yollar tapmalıyıq".

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm