Ölümündən qabaq ərinin gələcək arvadına məktub yazdı – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Ölümündən qabaq ərinin gələcək arvadına məktub yazdı – FOTOLAR

Brenda Şmidt adi qadındır: ona xərçəng xəstəliyi diaqnozu qoyulduqda o heç də dərin depressiyaya düşməyib.

O gündən etibarən Brenda həyatının hər bir anının qədrini bilməyə başlayır. Brenda ilk növbədə əri Devidin gülərüz qalmasını və həyatı sevməsini istəyib. Brenda əri ilə bir çox əzablardan keçib və hər zaman onun qəlbində qalmaq istəyib.

Ölümünə bir müddət qalmış Brenda ərinə son arzuları haqda məktub yazıb. Şərtə görə, Devid arvadının ölümündən sonra bir daha aşiq olarsa, Brendanın rəfiqəsi həmin məktubu radiostansiyaya təqdim etməli idi. Məktubun isə mətni belədir:

"Salam, əziz "Star102,5" radiostansiya heyəti.

Mənim adım Brenda Şmitdir. Əgər siz bu məktubu oxuyursunuzsa, deməli, mən yumurtalıq xərçəngi ilə mübarizədə məğlub olmuşam. Bu məktubu yazıram ki, yaxın rəfiqəm vaxtı gələndə bunu sizə təqdim etsin. Məktubu kağız üzərində əllə yazmağa kifayət qədər gücüm olmadığından kompüterdə yazıram. Mənim üçün əsas odur ki, ərim həyatının yeni sevgisini tapdıqdan sonra bu məktub ona çatdırılsın. Bu, mənim üçün çox vacibdir!

Uzun illər ərzində mən Milad bayramı ilə əlaqədar yayımlanan verilişlərinizi dinləyərdim. Siz veriliş zamanı insanların qeydinə qalar və onların sevinməsi üçün əlinizdən gələni edərdiniz. Həyatımın son günlərini fikirləşərkən Devidə ölümqabağı arzularımı dedim. İnanıram ki, o, mənim son istəyimi yerinə yetirəcək. O ki hər zaman mən istədiyimi eləyib. Bilirəm ki, o, bütün bunları ağır keçirir. Hər halda, o, düzgün hərəkət etdi və oğlanlarımıza baxa biləcək qayğıkeş, sevən qadına rast gəldi. Mən hər şey edərdim ki, o qadınla görüşə bilim. Lakin mənə bu şans verilmədi. O qadınla şəxsən tanış ola bilmədiyim üçün rəfiqəmə etməli olduğu siyahını hazırlayıb verdim. Siyahının birinci müddəası bu məktubu canlı efirdə səsləndirmək idi.

Bizim Devidlə 4 oğlumuz var: Karter, Coş, Castin və mənim körpə Maksım. Maksın 2 yaşı var. Onun 1 yaşını qeyd etdikdən az sonra mənə xərçəng xəstəliyi diaqnozu qoyuldu. Hər bir uşaq üçün ana itkisi dəhşətdir. Ancaq güman edirəm ki, Maks həddi-büluğa çatana qədər bu dəhşəti hiss etməyəcək. Övladlarının necə gənc kişiyə çevrilməsini müşahidə edə bilməmək çox pisdir. Devidə dedim ki, Maksa mənim haqda az da olsa danışsın ki, oğlum məni heç zaman unutmasın. O, gərək ağıllı, xoşbəxt, gözəl oğlan ola. Onların hamısı üçün çox darıxacağam!

Mənim bir arzum var, bu məktubu da ona görə yazıram. Arzum Devidə, uşaqlara, onun təzə arvadı və onların da uşaqları varsa, onlara aiddir. Demək istəyirəm ki, mən onları bu dünyada hər şeydən çox sevirəm. Onlara sevgi və harmoniya dolu həyat arzu edirəm.

Devidin yeni arvadına üz tutub demək istəyirəm ki, həftədə bir dəfə spa salona getsin, saç, makiyaj, masaj, alış-veriş və digər işlərlə çox məşğul olsun. O qadın dincəlməyə layiqdir, çünki o, mənim oğlanlarıma qayğı göstərir. Biz qadınlar dincəlməyi sevirik və yaxşı ana olmaq üçün bizə bu enerjini toplamaq lazımdır. Oğlanları xoşbəxt elə və qoy onlar bilsinlər ki, hər zaman qəlbimdədirlər. Sən hər kim olsan belə, bil ki, mən səni də sevirəm. Mənim adımı yavaşca çağır, mən gəlib səni dinləyəcəm. Devid və uşaqlarla yaxşı bir yerə səyahət edin, qoy bu, sizin yaddaşınızda əbədi qalsın.

Sizin Brendanız".

Yerli radiostansiya hər il Milad bayramı günündə arzu məktublarını oxuyur. Stansiya işçiləri Brendanın məktubunu oxuduqdan sonra göz yaşlarını saxlaya bilməyiblər.

Brenda ailə üzvlərinin yaxşı bir yerə səyahət edərək dincəlməsini istəyib. Onun arzusu yerinə yetirilib və bütün ailə "Disney World"-a yollanıb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm